Qırğızıstanda ötən il yol nəqliyyat hadisələri nəticəsində 900 nəfər həlak olub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 3 fevral, AZƏRTAC
Qırğızıstanda 2025-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 900 nəfər həlak olub, 12 mindən çox insan xəsarət alıb.
AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun hüquqi statistika üzrə müvafiq qurumu məlumat yayıb. Bildirilib ki, Qırğızıstanda 2025-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 19,1 faiz artaraq 8 min 456-ya çatıb. Qəzaların ən çox qeydə alındığı ərazilər Bişkek şəhəri, Oş, Cəlalabad və Çuy vilayətləridir.
Qeyd olunub ki, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının, eləcə də sərxoş sürücülərin törətdiyi hadisələrin sayında artım müşahidə olunur. Nəzarət orqanları profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















