Qırğızıstanda prezident seçkiləri 2027 ci ilin yanvarında keçiriləcək
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 24-də keçiriləcək.
Bununla bağlı qərar parlamentin iclasında qəbul edilib.
Deputatlar "Qırğız Respublikasının prezidenti və Joqorku Keneş deputatlarının seçkiləri haqqında" Konstitusiya qanununa səsvermə gününün müəyyən edilməsi ilə bağlı dəyişiklikləri üç oxunuşda təsdiqləyiblər.
Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov qeyd edib ki, mövcud qanuna əsasən, növbəti prezident seçkiləri prezidentin seçildiyi səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü bazar günü keçirilir və parlament tərəfindən seçki gününə ən azı 4 ay qalmış təyin edilir.
"Əgər seçkilər göstərilən müddətdə keçirilərsə, hazırkı prezidentin seçildiyi altı illik müddət pozulacaq, çünki növbədənkənar prezident seçkiləri 2021-ci il yanvarın 10-da keçirilib. Buna görə də prezident seçkilərinin 2027-ci il yanvarın 24-nə təyin edilməsini təklif edirik", - o bildirib.
Bundan başqa, parlament seçkiləri 2026-cı ilin noyabr ayında keçiriləcək.
\report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















