Qırğızıstanda vilayətlər və rayonlar ləğv ediləcək
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qırğızıstanda vilayətlər və rayonlar ləğv edilərək, əvəzinə 20 regional dairə yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Noqat rayonunun sakinləri ilə görüşdə inzibati islahatların ikinci mərhələsindən danışarkən bildirib.
Dövlət başçısı deyib ki, hazırda respublikada 44 rayon, 33 şəhər var:
“Vilayətlər və rayonlar ləğv olunacaq, 20 dairə yaradılacaq, sadə dillə desək, nəticədə 20 vilayət olacaq, buna doğru gedirik. Amma buna hələ təxminən üç-dörd il vaxt var”.
Japarovun sözlərinə görə, əvvəlcə pilot layihə kimi bir dairə yaradılacaq və iki-üç il ərzində onun necə idarə olunacağı yoxlanılacaq. Əsas meyar həmin dairənin respublika dotasiyasından çıxıb-çıxa bilməməsi olacaq. Layihə uğurlu olarsa, vilayətlər və rayonlar tamamilə ləğv ediləcək və ölkə dairələrə bölünəcək.
Sadır Japarov həmçinin bildirib ki, inzibati-ərazi islahatlarının birinci mərhələsi uğurla başa çatıb.
Baxış sayı:117
Bu xəbər 16 Aprel 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















