Qırğızıstanda Zobel mükafatı təsis edildi
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Qırğızıstanda ilk Qum Rəssamlığı Akademiyası fəaliyyətə başlayıb.
Bakupost.az "Kabar" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Zarema Abılqaziyeva məlumat verib.
Onun sözlərinə görə, ən qədim incəsənət növlərindən biri hesab edilən qum rəssamlığı bundan sonra rəsmi şəkildə inkişaf etdiriləcək və bu təşəbbüs regionun mədəni həyatı üçün mühüm əhəmiyyət daşıyacaq.
Akademiya fəaliyyətə başladıqdan sonra qum rəssamlığı üzrə rəssam və ustaların ilk Ümumdünya Qurultayını keçirməyi planlaşdırır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən bu sahənin tanınmış nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qurultayın əsas hadisələrindən biri Qum Rəssamları Ümumdünya Birliyinin prezidentinin seçilməsi olacaq.
Bundan əlavə, Akademiya məşhur alman rəssamı Benjamin Zobelin şərəfinə adlandırılan Zobel mükafatını təsis edib. Bu mükafat qum rəssamlığı sahəsində təqdim olunan ilk beynəlxalq mükafat hesab edilir.
Mükafat "Qum Rəssamlığı Həftəsi" festivalı çərçivəsində təqdim olunacaq. Bildirilir ki, festivala müxtəlif ölkələrdən 30 usta müraciət edib. Münsiflər heyətinin qərarına əsasən, onlardan altısı öz istiqamətləri üzrə çempion adına layiq görüləcək.
Baxış sayı:81
Bu xəbər 16 İyun 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















