Qırğızıstanın ən gözəl qadını seçildi FOTO
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bişkekdə “Miss Qırğızıstan-2025” milli gözəllik müsabiqəsinin finalı keçirilib.
Teleqraf xəbər verir ki, səhnədə ölkənin ən gözəl qadınları yarışıb.
“Miss Qırğızıstan-2025” titulunu 19 yaşlı Ayana Rəsulqızı qazanıb. O bildirib ki, bu, onun üçün təkcə böyük şərəf deyil, həm də böyük məsuliyyətdir.
Ayana tacla yanaşı, 200 min somluq sertifikat da alıb.
“Mən istəyirəm ki, ölkəmizdə hər bir qadın özünə inansın və bilsin ki, zəhmət, əzmkarlıq, vətən sevgisi həmişə qələbəyə aparır”, - Ayana nəticələr elan edildikdən sonra deyib.

Əsas qalibdən əlavə, münsiflər heyəti Qran Prini daha üç iştirakçıya verib:
Anarə Yesengeldiyeva “Qırğızıstanın kainat gözəli” seçilib və “Miss Universe” müsabiqəsində ölkəni təmsil edəcək.
Mədinə Ermekova və Suzanna Umetova “Miss Kyrgyzstan International” titulunu qazanıb və “Miss International” müsabiqəsində iştirak edəcəklər.
Xatırladaq ki, Ayana müğənni Aygerim Rəsulqızının bacısı, Qırğızıstanın xalq artisti Rəsul Mamatkulovanın qızıdır.

