Qırğızıstanın sabiq prezidenti 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
APA xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib.
7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 İyun 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















