Qırğızıstanın sabiq prezidenti Haaqa məhkəməsinə çıxarıla bilər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bişkek məhkəməsi tərəfindən Qırğızıstanın keçmiş prezidenti, qiyabi məhkum olunmuş Almazbek Atambayev bu hökmü respublika hakimiyyətinin təqibi adlandırıb.
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı ölkənin hazırkı rəhbərliyinə onun işinə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılmasını təklif edib.
"Mən şəxsən beynəlxalq məhkəməyə çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram - siyasidən tutmuş cinayətə qədər. Hökumət ədaləti rəhbər tutduğuna əmindirsə, beynəlxalq tribunaldan qorxmaq üçün heç bir əsası yoxdur. Əgər Haaqa məni təqsirli bilsə, o zaman mən istənilən müddətə dəmir barmaqlıqlar arxasında qalmağa hazıram", - Atambayev deyib.
O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Əsasnaməsini ratifikasiya etməli, hazırkı hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək barədə göstəriş verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 İyun 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















