Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və Qırğızıstan arasında bir neçə saziş təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə bununla bağlı bir neçə qanun layihəsi daxil edilib.
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Layihələrə əsasən, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, beynəlxalq avtomobil əlaqələrinin tənzimlənməsi, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı sazişə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















