Icma.az
close
up
RU
Qırıcılar göndərildi, əmr verildi: Məşhur prezidentə görə iki müharibə başlayacaq

Qırıcılar göndərildi, əmr verildi: Məşhur prezidentə görə iki müharibə başlayacaq

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son zamanlarda ABŞ və Venezuela arasında müşahidə olunan gərginlik hərbi qarşıdurma ehtimalını gündəmə gətirir. ABŞ Prezidenti Donald Tramp Venezuelada Prezident Nikolas Maduro hökumətini hədəf alır, bu ölkə ilə sərhədə qırıclar və texnika göndərir.

Ağ Ev rəhbəri həmçinin oradakı narkokartellərə qarşı hərbi əməliyyatların keçirilməsinin anonsunu verir. Hətta yaxın günlərdə əməliyyatlara başlanılacağına dair məlumatlar yayılıb. Lakin hədəfin əslində Maduronu devirmək olduğu, yerinə Vaşinqtonla əlaqələri yaxşı olan birinin gətirilməsinin düşünüldüyü bildirilir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ–Venezuela münasibətlərindəki gərginlik hələ keçmiş prezident Uqo Çaves dövründən başlayır:

“Çavesin o zamankı ABŞ Prezidenti Corc Buşu davamlı şəkildə tənqid etməsi və ardıcıl anti-Amerika qərarları münasibətləri kəskinləşdirmişdi. Vaşinqtonun əsas problemi Venezuelada sol yönümlü hökumətin hakimiyyətdə qalmasıdır. Çavesin vəfatından və Maduronun hakimiyyətə gəlməsindən sonra ABŞ ümid edirdi ki, münasibətlərdə müəyyən düzəlmə olacaq. Lakin bu, baş vermədi. Karakas gözlənilənin əksinə, son dövrlər Rusiya və Çinlə əlaqələrə, xüsusilə hərbi əməkdaşlığa xüsusi diqqət ayırır.

Venezuela dünyada neft ehtiyatlarına görə ən zəngin ölkədir. Donald Tramp belə bir strateji resursu əldən vermək istəmir. Hazırda Venezuelada güclü müxalifət mövcuddur və bu, Maduronu hakimiyyətdən devirmək planlarını ABŞ üçün daha real edir. Vaşinqtonun məqsədi birbaşa hərbi dəstək verməklə Venezuela xalqını hökumətə qarşı ayağa qaldırmaqdır”.

Politoloq bildirib ki, Trampın iddialarında müəyyən həqiqətlər var:

“Çünki Venezuela bölgədə ən çox narkotik ixrac edən ölkələrdən biridir. Lakin ABŞ-ın niyyətində fərqli məqamların olduğu da aydın görünür. Tramp administrasiyası bu ölkədə fəaliyyət göstərdiyi iddia edilən “Tren de Aragua” adlı kriminal təşkilatı “narko-terrorist” elan edib və ona qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.


Zeynal Əmrəliyev 

Vaşinqton iddia edir ki, bu qruplar Venezueladan Karib dənizi vasitəsilə narkotik daşıyır və ABŞ ərazisinə daxil olmasına yardım edirlər. Lakin rəsmi Karakas bu ittihamları rədd edir və Ağ Evin əsas məqsədinin hökuməti devirmək olduğunu bildirir.

Hazırda ABŞ-ın niyyəti Rusiya və Çinin bu məsələyə reaksiyasını öyrənməkdir. Əgər Moskva və Pekin ciddi reaksiya göstərməsə, ehtimal ki, ABŞ hərbi müdaxiləyə gedəcək və müxalifətlə birləşərək Maduronu devirməyə çalışacaq. Ardınca isə özünə sadiq qüvvələrdən yeni hökumət formalaşdıracaq. Bu, artıq ABŞ-ın xarici siyasətində yeni bir mərhələdir.”

Politoloqun sözlərinə görə, belə bir ssenari reallaşarsa, bunun qlobal nəticələri də qaçılmaz olacaq:

“Əvvəllər hökumətlər daxili qruplar vasitəsilə çevrilişlə devrilirdisə, indi bu, açıq hərbi müdaxilə ilə həyata keçirilir. Venezuelada savaş başlayarsa, bu, Ukrayna cəbhəsində vəziyyəti daha da gərginləşdirər. Həmçinin Çin yaranan fürsətdən istifadə edərək Tayvanda fəallığını artıra, dünya bazarında isə neftin qiyməti sürətlə yüksələ bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri