Icma.az
close
up
RU
Qırmızı Bazar Xocavəndin strateji qəsəbəsi

Qırmızı Bazar Xocavəndin strateji qəsəbəsi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 11-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə ilk köç olacaq. 
Modern.az-ın məlumatına görə, Qırmızı Bazar Qarabağ bölgəsinin ən məşhur yaşayış məntəqələrindən biridir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələri əsasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qaytarılıb.
Qəsəbə keçmişdə bazar yeri olub. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 may Həmrəylik günü keçirilib və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanıb. 
Yaşayış məntəqəsi 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb.
Sovet dövründə burada şərab və yağ–pendir zavodu fəaliyyət göstərib. 
Xocavənd rayonunun dağlıq hissəsində yerləşən bu qəsəbə, coğrafi mövqeyi, tarixi keçmişi və strateji əhəmiyyəti baxımından xüsusi əhəmiyyətə malikdir. Qırmızı Bazar qəsəbəsi həm təbii relyefi, həm də yerləşdiyi yol qovşaqları baxımından bölgənin mühüm yaşayış məntəqələrindən biri kimi tanınıb.
Qırmızı Bazar Xocavənd rayonunun mərkəzi ilə digər bölgələr, o cümlədən Ağdərə rayonu və Xankəndi  arasında əlaqə yaradan mühüm yolların kəsişməsində yerləşir. Bu da onu logistik baxımdan mühüm nöqtəyə çevirir. Burada nəzarətə sahib olmaq ətraf ərazilərin təhlükəsizliyinə və kommunikasiya imkanlarına təsir edir.
Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu.
Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.
Qırmızı Bazar qəsəbəsi bağçılıq və maldarlıq üçün əlverişli ərazidir. Burada su ehtiyatları, meşə zolaqları və məhsuldar torpaqlar mövcuddur. Regionun bərpası və yenidən qurulması çərçivəsində qəsəbənin də iqtisadi və sosial potensialı artmaqda davam edir.
Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində Qırmızı Bazar da diqqət mərkəzindədir. Bura infrastrukturun (yollar, elektrik xətləri, su və kanalizasiya sistemləri) bərpası, sosial obyektlərin tikintisi və keçmiş sakinlərin geri dönüşü üçün şəraitin yaradılması daxildir.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri