Qırmızı işıqda keçən sürücü avtomobillərin hərəkətinə mane oldu VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 90-TX-139 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun siqnallarına baxmayaraq qırmızı işıqda yolayrıcına daxil olub və hərəkətinə davam edərək sola dönüb. Bu zaman yaşıl işıqda hərəkət edən avtomobillərin qarşısına çıxaraq onların hərəkətinə mane olub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:Qırmızı işıqda keçən sürücü təhlükəli anlar yaşatdı VİDEO
26 Avqust 2025 16:17
Xətaidə qırmızı işıqda keçən sürücü svetafora çırpıldı ANBAAN VİDEO
29 May 2025 12:06
Qırmızı işıqda keçən sürücü etiraz edən avtomobili vurdu VİDEO
08 İyun 2026 22:20
Qırmızı işıqda keçən sürücü qəzaya səbəb oldu ANBAAN GÖRÜNTÜ
11 Fevral 2026 11:10
Qırmızı işıqda keçən sürücü yolayrıcında iki maşını vurdu ANBAAN VİDEO
28 Oktyabr 2025 11:32
Baxış sayı:147
Bu xəbər 15 May 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















