Icma.az
close
up
RU
Qırmızı Körpüdə bizimkilər niyə incidilir? “Gürcülər istəyir ki...”

Qırmızı Körpüdə bizimkilər niyə incidilir? “Gürcülər istəyir ki...”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gürcüstan Baş naziri İrakli Kobaxidze bu barədə açıqlama verdi və bildirdi ki, sərhəddə yaranan çətinlik texniki problemlərlə bağlıdır. Əslində, bu məsələnin dərinliyində tamam başqa faktorlar dayanır. Tbilisi AzərbaycanErmənistan arasında açılacaq kommunikasiya xətlərinə görə ciddi narahatdır”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.

Qeyd edək ki, Azərbaycan sürücüləri Gürcüstan sərhədində sentyabr ayından sistematik gecikmələrlə üzləşirlər. Bəzi yük maşınları aylardır gömrükdən keçə bilmir. Bir çox analitik Tbilisinin bu yanaşmasını quru sərhədlərin bağlı olması ilə əlqələndirir.

N. Cəfərlinin sözlərinə görə, TRIPP layihəsi işə düşərsə, bu, Tbilisinin divitentlərini azaldacaq:

“Gürcüstan 30 ildir kommunikasiya xətlərini, bir növ, inhisara salmışdı. Orta Asiyadan, Azərbaycandan və hətta Rusiyadan gəlib-gedən bütün yük daşımaları Gürcüstan ərazisindən keçirdi. Gürcülər bundan böyük gəlir əldə edirdi. İndinin özündə Hər yük maşının Gürcüstan ərazisinə tranziti büdcəyə 360 lari (226 manat) pul gətirir. Həm də Gürcüstan sərhədini gnlük 3-4 min avtomobil keçir”.

Ekspert vurğulayıb ki, rəsmi Tbilisi üstünlük qazanmaq istəyir:

“Qonşu ölkədə Sarp keçid məntəqəsindən Qırmızı Körpüyə qədər struktur qurulub və 20-25 min nəfər orada çalışır. Söhbət yol boyu fəaliyyət göstərən atomobil təmirçilərindən tutmuş, hotel və restoranlara qədər bütün xidmət sektorlarından gedir. Rəsmi Tbilisi düşünür ki, kommunikasiyalar açılacaqsa, həmin infrasturkturun taleyi necə olacaq. O istəyir ki, TRIPP-in açılsa da, yüklərin bir hissəsi yenə də Gürcüstan ərazisindən keçsin. Hazırda bu istiqamətdə intensiv danışıqlar aparılır”.

N.Cəfərli qeyd edib ki, quru sərhədlərin bağlı olması Tbilisidən çox Bakıya zərər vurur:

“Quru sərhədlərin Azərbaycan tərəfdən bağlı olması izaholunmaz dərəcədə absurddur. Azərbaycanın sərhədləri bağlı saxlaması Tbilisidən çox Bakının özünə ziyan vurur. Turizm rəqəmlərinə baxsaq, 2019-cu ildən bəri 2 dəfədən çox azalma var. Bu ciddi zərərlərin qarşısını almağın yeganə yolu quru sərhədlərin açılmasıdır”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri