Icma.az
close
up
RU
Qırmızı planet in təlatümlü tarixi Marsın içində nəhəng fraqmentlər aşkarlanıb

Qırmızı planet in təlatümlü tarixi Marsın içində nəhəng fraqmentlər aşkarlanıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Marsın dərinliklərində planetin mövcudluğunun ilk 100 milyon ilində baş vermiş fəlakətli toqquşmalardan qalan nəhəng maddə parçaları qorunub saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunmuş məqalədə bildirilir. Belə nəticəyə London İmperial Kollecinin alimləri gəliblər.

Tədqiqatçılar "NASA InSight" missiyasının seysmometrindən əldə edilən məlumatları təhlil edərək müəyyən ediblər ki, Marsın mantiyası səliqəli, vahid təbəqə deyil, müxtəlif ölçülü parçaların qarışığından ibarətdir. Aşkar edilən qədim fraqmentlərin ölçüləri 4 kilometrə qədərdir.

Tədqiqatın rəhbəri Konstantinos Xaralambosun sözlərinə görə, bu izlər Marsın səthini əridərək maqma okeanlarına çevirən protoplanetlərlə dəhşətli toqquşmalar nəticəsində yaranıb. Ərinti soyuduqdan və kristallaşdıqdan sonra mantiyada müxtəlif mənşəli kompozit parçalar qalıb.

Tektonik proseslərin daim qabığı və mantiyanı qarışdırdığı Yerdən fərqli olaraq, Mars yaranışının ilk dövrlərində bərk qabıqla "möhürlənib". Buna görə də planetin daxili strukturu həmin qədim fəlakətlərin izlərini bugünədək saxlayıb.

"Biz, məsələn, stəkanın kafelə düşməsi kimi bir neçə böyük və çoxlu kiçik fraqmentlərin xarakterik paylanmasını müşahidə edirik. Təəccüblüdür ki, bunu 4,5 milyard ildən sonra belə görmək mümkündür", - deyə araşdırmanın müəlliflərindən biri, professor Tom Payk bildirib.

Alimlərin fikrincə, bu kəşf təkcə Marsın deyil, həm də səthinin hərəkətsizliyi səbəbindən erkən fəlakətlərin izlərini gizlədən Venera və Merkuri kimi digər qayalı planetlərin keçmişinə nəzər salmaq üçün nadir imkan yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 03:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri