Icma.az
close
up
RU
Qırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi

Qırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. Mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin  həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub.

Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı Həmrəylik Marafonu”na start verib. 5 iqtisadi rayonu əhatə edən genişmiqyaslı layihədə 241 könüllünün iştirakı ilə 3 ton tullantı toplanıb və təkrar emala yönləndirilməsi üçün lazımi tədbirlər görülüb.

Fondun digər təqdirəlayiq layihəsi “Batareyaları təhvil ver, təbiəti qoru” kampaniyası çərçivəsində ötən il ərzində 1645 kiloqram zərərli tullantı təhlükəsiz şəkildə toplanıb. Kampaniyanın miqyasını genişləndirmək üçün 500-ə yaxın təhvil nöqtəsi yaradılıb. Zərərli tullantıların yarada biləcəyi fəsadlar və görülməli olan tədbirlərlə bağlı təhsil müəssisələrində və icmalarda geniş maarifləndirmə tədbirləri təşkil olunub, ekoloji şüurun artırılmasına yönələn addımlar atılıb.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az  saytına daxil olmaq kifayətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri