Qırmızıda dayanmayan motosiklet maşına çırpıldı QƏZA ANI
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.
Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Mart 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















