Qırmızıda keçib yaşıl işığın yanmasını gözləyən sürücüdən ağlasığmaz hərəkət VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-RB-674 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında keçərək yolayrıcına daxil olub. O, daha sonra asta-asta irəliləyərək, guya yaşıl işığın yanmasını gözləyib.
Qeyd edək ki, sürücü svetoforu qırmızı işıqda keçdiyi üçün, onun sonradan dayanması heç bir fayda vermir. Bu əmələ görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:Yüksək sürət, qırmızıda hərəkət və yolayrıcında dəhşətli qəza VİDEO
06 May 2025 11:52
Qırmızıda hərəkət edib yolu kəsdi, sonra telefonla danışdı VİDEO
07 Fevral 2025 12:01
Manatlıq taksi sürücüsü qırmızıda keçib təhlükə yaratdı VİDEO
29 May 2025 09:01
Bu sürücü tərsinə hərəkət edir; qırmızıda sürür, yaşılda dayanır VİDEO
07 Avqust 2025 09:00
Yaşıl işıqda yolu kəsib mübahisə etdilər, sonra qırmızıda keçdilər VİDEO
01 Aprel 2025 16:31
Baxış sayı:55
Bu xəbər 13 Mart 2025 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















