Qış “transfer pəncərəsi”ndə rekord qırıldı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol klubları yanvar ayında ümumilikdə 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Bildirilib ki, hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstəricidir.
2025-ci ilin yanvar ayında oyunçu transferlərinin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü illə müqayisədə isə 47,1 faiz çoxdur.
Qış transfer pəncərəsində ən çox vəsaiti (621,6 milyon dollar) İngiltərə klubları xərcləyib. İlk “5-liy”ə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxildir.
Baxış sayı:72
Bu xəbər 08 Fevral 2025 05:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















