Icma.az
close
up
RU
Qış üçün ən yaxşı qadın ətirləri

Qış üçün ən yaxşı qadın ətirləri

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qış ətirlərində “isidən” notlar üstünlük təşkil edir. Bu aromatlar sevilən desertləri xatırladır.

Lent.az bu ətirləri təqdim edir:

Qış ətirləri daha isti, rahat və şirin olur sanki “isidir”. Onlar soyuq havada itməyən, parlaq və yadda qalan ətir izi buraxmaq üçün yaradılıb.

Soyuq havada yüngül sitrus notları tez “yoxa çıxır”, qışda isə isti və doymuş çalarlar üstünlük təşkil edir - vanil, ambra, müşk, ağac notları (şam, ardıc, sidr qatranı), eləcə də ədviyyatlar: darçın, istiot, kardamon. Qış mövsümündə desertləri xatırladan aromatlar xüsusilə populyardır: vanilli kapkeyklər, panna-kotta və ya darçınlı bulkalar.

Maison Francis Kurkdjian Oud Satin Mood Extrait de Parfum

Bu versiya ambra notlarını sevənlər üçün idealdır. Tərkibindəki qızılgül intensiv, heyvani ud ağacının kəskinliyini yumşaldır.

Əsas notlar: bənövşə çiçəkləri, Dəməşq qızılgül yağı, darçın, ud (aloy ağacı), benzoin, vanil.

"REPLICA" When the Rain Stops

Çiçəkli və torpaq notları unikal su akkordu ilə birləşərək yağışdan sonra meşədə olma hissi yaradır.

Əsas notlar: su akkordu, qızılgül ləçəyi, mamır, şam, berqamot, çəhrayı istiot.

Dolce&Gabbana Devotion Eau de Parfum

Əgər qışda şirin desert kimi qoxulamaq istəyirsinizsə, bu ətri kolleksiyanıza əlavə edin. Aroma klassik italyan deserti panettone-dan ilhamlanıb, sitrus notları isə ona təravət qatır.

Əsas notlar: şəkərlənmiş sitruslar, portağal çiçəyi, vanil, rom.

Maison Francis Kurkdjian Paris Baccarat Rouge 540

Baccarat Rouge “zəngin qız” ətirinin əsl simvoludur. Zərif, eleqant və çox incə aromadır.

Əsas notlar: yasəmən, zəfəran, sidr, ambra, amberwood, şam qatranı.

BYREDO Vanille Antique Parfum Extract

Təsəvvür edin ki, soyuq bir gündə kamin yanında oturmusunuz, qalın kaşmir sviterə bürünüb burbon içirsiniz. Byredo-nun Vanille Antique ətri məhz bu hissi yaşadır.

Əsas notlar: vanil, kaşmir, ağac notları, müşk, ambra, gavalı.

TOM FORD Ombré Leather Eau De Parfum

Ədviyyatlı və çiçək notlarının cəsarətli və seksual birləşməsidir. Bu ətirin hər notu azadlıq və orijinallıq arzusunu xatırladır.

Əsas notlar: dəri, bənövşə, yasəmən, ambra, mamır, paçuli.

Loewe Solo Elixir

Loewe Solo-nun daha intensiv versiyasıdır. Tərkibində bayram ab-havasını xatırladan şirin-vanilli balzam qatranı var.

Əsas notlar: lavanda, yasəmən, mandarin, iris, muskat qozu, darçın, paçuli.

Azzaro Forever Wanted Elixir

Moruq, mandarin və kardamonun qarışığı əvvəlcə meyvəli bir ətir yaradır, daha sonra isə ağac notlarına çevrilir.

Əsas notlar: moruq, yaşıl mandarin, berqamot, muskat adaçayı və kardamon ürək notları, dəri akkordu, vetiver.

Orpheon Diptyque

Bu, demək olar ki, flakonda Miladdır. Ardıc gilələri, sidr və tonka paxlaları xüsusi bayram əhvali-ruhiyyəsi yaradır.

Əsas notlar: ardıc gilələri, sidr, tonka paxlaları, yasəmən, pudralı notlar.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri