Icma.az
close
up
RU
Qış üçün xiyarların sirkəsiz, sterilizəsiz, soyuq üsulla bağlanması RESEPT

Qış üçün xiyarların sirkəsiz, sterilizəsiz, soyuq üsulla bağlanması RESEPT

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soyuq üsulla qış üçün duzlu xiyarların necə bağlanacağını izah edirik. Bu üsulla hazırlanmış xiyarların tərkibində vitaminlər və faydalı maddələr qorunur, onlar bərk və dadlı olur.

Lent.az bu resepti təqdim edir:

Xiyarların duza qoyulması üçün inqrediyentlər
Xiyarlar

Müxtəlif ədviyyatlar sarımsaq, şüyüd, qara istiot dənələri

Qarağat, albalı, xren yarpaqları

Acı qırmızı bibər acı sevənlər üçün kiçik bir parça

Duz hər 1 litr suya 2 yemək qaşığı hesabı ilə

Soyuq üsulla qış üçün xiyarların duza qoyulması
Suyun miqdarını düzgün hesablamaq üçün xiyarları sıx şəkildə banka yığın və üstünə su tökün. Üç litrlik banka üçün təxminən 1,5 litr su lazım olacaq. Xiyarları soyuq suda yaxşıca yuyun. Turgorun bərpası üçün 3-4 saat suda saxlayın. Daha sonra iti bıçaqla uclarını kəsin və yenidən soyuq suda yuyun. Xren, albalı, qarağat yarpaqlarını və şüyüdü yuyun. Sarımsağın qabığını soyun. Acı bibəri yuyub halqa şəklində doğrayın. Bankaları və plastik qapaqları sizə uyğun üsulla sterilizə edin. İsti suda soda ilə yuyun, qaynar su ilə çalxalayın, isti sobada qurudun. Ədviyyatları, göyərtini və xiyarları qat-qat banka yerləşdirin. Duzu tökün və üzərinə qaynadılmamış soyuq su əlavə edin. Üstünə yenidən göyərti qoyun. Bankanı qapaqla örtün və 3 gün mayalanmağa qoyun. Bu müddətdə duzlu su daşacağı üçün altına bir boşqab qoymaq məsləhətdir. 3 gündən sonra duzlu suyu süzün, 1-2 dəqiqə qaynadın. Qaynar halda yenidən bankadakı xiyarlara tökün, sıx plastik qapaqla bağlayın. Əgər duzlu su azdırsa, qaynadılan suya bir qədər təzə su əlavə edib birlikdə qaynadın. Bankalar soyuduqdan sonra duzlu suyu yenidən süzün, qaynadın və xiyarlara tökün. Daha sonra bankaları qapaqla bərk bağlayın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri