Qısa boylu insanlar niyə paxıl və qısqanc olurlar Elmi izahat
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni elmi araşdırmalar göstərib ki, insanlar arasında paxıllıq, həsəd və rəqabət hissləri onların boyu və öz boylarına münasibəti ilə bağlıdır. Xüsusən də, boyu daha alçaq olan kişilər bu emosiyaları daha tez-tez yaşayır və uzunboylulardan daha çox rəqabət aparırlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar Daniel Talbot və Piter Jonason 302 iştirakçının (63 faizi kişilərdən ibarət olub) məlumatlarını təhlil edərək bir neçə mühüm qanunauyğunluq aşkar ediblər.
Birincisi, boyu daha qısa olan insanlar, xüsusilə kişilər, daxili rəqabət, paxıllıq və həsəd səviyyələrinin daha yüksək olduğunu göstəriblər.
İkincisi, daha uzun boylu olmaq istəyən və ya ideal boy göstəricisi daha aşağı olan insanlar həmyaşıdları ilə daha çox rəqabət aparırlar.
Araşdırma təsdiqləyib ki, insanın öz boyuna psixoloji baxış tərzi sosial münasibətlər və davranışlar üçün mühüm əhəmiyyət daşıyır.
Öz boyundan narazı qalan insanlar başqaları ilə münasibətlərdə daxili rəqabətə və paxıllığa daha meyilli olurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















