Qısa ətəkli qızlar, ehtiraslı rəqslər və… AYDANİQUE nin “BƏLA”lı LAYİHƏSİ VİDEO
Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni kimi fəaliyyətini davam etdirən Aydanique müasir şou-biznesin qaydalarını yaxşı mənimsəyib və onlardan ustalıqla istifadə edir. Sosial mediada “Polubomu” adlı mahnısı ilə böyük səs-küy yaradan sənətçi bu uğurun dalınca daha iddialı layihə ilə gəlib.
Sayca ikinci klipi olan “Bəla” ilə Aydanique yenidən diqqət mərkəzinə düşməyi bacarıb. Klipdə qısa ətəkli xanım rəqqaslarla birgə sərgilədiyi ehtiraslı performans və “Bəlayam” deyə səsləndirdiyi hiss dolu ifadələrlə mahnıya emosional çalarlar qatıb.
Layihənin söz və musiqisi istedadlı Clavis-ə məxsusdur. Klipin rejissoru isə Asoundady-dir. Vizual olaraq dinamik, ritmik və provokativ olan bu ekran işi bir çox tamaşaçını heyrətləndirməklə yanaşı, bəzilərini də qıcıqlandırıb.
Görünən odur ki, Aydanique bu dəfə də istədiyinə nail olub – diqqət çəkmək və adından söz etdirmək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 30 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















