Icma.az
close
up
RU
Qışa niyə hər il hazır deyilik? Hüquq müdafiəçisi cavab istəyir

Qışa niyə hər il hazır deyilik? Hüquq müdafiəçisi cavab istəyir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səriştəsiz adamlar vəzifəyə gətirilir, ona görə də nöqsanlar artır

Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranması abonentlər arasında narazılıq yaradıb. “Azərişıq” ASC-nin məlumatında bildirilir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçirilir. Bu səbəbdən bu gün səhər saat 10:00-dan axşam 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bildirilir ki, təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Hər dəfə payız mövsümündə kommunal sahədə təmsil olunanlar qışa hazırlıq prosesinin başlandığını elan edirlər. Lakin qış gəlməmiş problemlər baş qaldırır, eləcə də qış ayları ərzində. Yayın istisində su borularını dəyişirlər, əhali günlərlə susuz qalır. Qışda qaz xətlərini təmir etməyə başlayırlar, əhali qazsız qalır, elektrik enerjisi də belə; səhərdən axşamadək kəsilir, hardasa təmir-təftiş aparılır deyə.   

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu sahəyə bələd olduğundan qışa hazırlığın qənaətbəxş aparılmadığı fikrindədir: 

- Qışa hazırlıq qış qurtarandan sonra dərhal başlamalı, növbəti ilin qış mövsümünə hazırlıq aparılmalıdır ki fəsadlar araşdırılsın, harada, hansı sahədə problem varsa, təmirə ehtiyac duyulursa həmin işlər görülsün. Növbəti ildə qış mövsümündə problemlər, dayanmalar, qaz, işıq kəsintisi olmasın. Bu sahələr təkcə baş idarələrdən ibarət deyil. Hər sahə üzrə rayon və ya regional şöbələr, idarələr var. Onlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır. Fəaliyyətdə nöqsanların səbəbi həm də budur ki, işə qəbuledilmədə qohumbazlıq hökm sürür. Əməkdaşları savadına, bacarığına, təcrübəsinə görə yox, qohumluq əlaqələrinə görə işə qəbul edirlər. Səriştəsiz adamlar vəzifəyə gətirilir. Ona görə də nöqsanlar artır. Son aylarda ölkədə nə qədər yanğın hadisələri, dım qazından zəhərlənmələr, partlayışlar baş verib. İnsan tələfatı olub. İndiyədək rəhbər şəxslərdən kimsə cəzalandırılıbmı, işdən kənarlaşdırılıbmı? Yox. Belə faciələrin günahı həmişə vətəndaşın üzərində qalır. Qışa hazırlıq niyə aşağı səviyyədə olmalıdır? Qış vaxtı niyə əhalini əziyyətə salırlar? Ötən ilin son və yeni ilin ilk günləri abonentlər qaz sayğaclarına qaz yükləyə bilmədi. Hətta etirazlara oldu Sumqayıtda. Abonentlər məhkəməyə verməli idi, “Azəriqaz”ı. Dəymiş ziyana görə. Çünki abonentlərlə müqavilə bağlanır, istər “Azərişıq”, istər Azəriqaz”, istərsə Dövlət Su Ehtiyatları Agentliyi ilə. Müqavilədə tərəflərin öhdəliyi qeyd olunur. Abonent ödənişləri vaxtlı-vaxtında etməli, bu qurumlar da əhalini 24 saat daimi işıq, qaz və su ilə təmin etməlidir. Təmin etmirlərsə, cavabdehlik daşımalıdırlar. Amma kimsə məsuliyyətə cəlb olunmur. Abonentlər də hüquqlarını bilmir. Onlar da bilirlər ki əhali məhkəmə müraciət etməyəcək, şikayət etməyəcək, ona görə də kefləri istəyən kimi idarə edirlər. Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Səbəb cəzasızlıqdı. Qış günlərində niyə əhaliyə əziyyət verilməlidir? Buna cavabdehlik daşıyanlar cəzasız qalırlarsa, deməli, rəhbərlikdə əyləşənlər də məsuliyyət daşımalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Yanvar 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri