Icma.az
close
up
RU
Qisas zamanıdır: Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir TƏHLİL

Qisas zamanıdır: Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çox güman ki, yaxın vaxtlarda Ukraynada hərbi çevrilişə cəhd ssenariləri işə düşəcək


Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, bunu tərəfdaşlarına çox açıq şəkildə bildirib: "Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik". Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır:



"Zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika". Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardıqdan sonra Zelenskiyə zəng etmişdi. Rusiya prezidentinin köməkçisi D.Peskov bildirib ki, Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ni əsas həmsöhbət hesab edir. Görünən odur ki, Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir. Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır. Həmçinin, Tramp və Putinin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə də Ukrayna yer almır. 

"Voll Strit Jurnal" yazıb ki, Donald Trampın Rusiya ilə danışıqlar barədə açıqlaması Rusiya Prezidenti Vladimir Putinə çoxdan tələb etdiyi şeyi, yəni Ukrayna üzrə ABŞ ilə birbaşa danışıqları verdi. Bildirilib ki, Kreml uzun müddətdir Ukraynanı və onun avropalı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışır. Moskva eyham vurub ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır və buna görə də yalnız o, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar apara bilər: “Amma əgər biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, o zaman Trampın vəd etdiyi danışıqlar uzunmüddətli olacaq. Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoyulsun”. Hərbi ekspertlər əlavə ediblər ki, Rusiya əlində olan canlı qüvvə və silahlarla Ukraynaya qarşı ən azı il yarım mübarizəni davam etdirə bilər. Nəşr qeyd edib ki, əslində, Putin üçün Trampın danışıqlar aparmaq vədi üç illik amansız döyüşlərdən sonra Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq yolunda ilk addımdır.


Politoloq Elxan Şükürlü vurğulayıb ki, Trampın Putin və Zelenski ilə telefon danışığı, Putini tərifləyərək “yaxşı insan” adlandırması və onunla görüşə hazırlaşdığını bildirməsi 3 ildir Ukrayna savaşı üzərində aparılan Qərb təbliğatının rüsvayçı çöküşü və iflası deməkdir. Ekspertin sözlərinə görə, indi hətta 3 ildir özlərini Ukraynanın, Prezident Zelenskinin qələbəsinə inandırmış kəslər də yaxşı görür və anlayırlar ki, bu proses ən yaxşı halda Ukraynanın bölünməsi, Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini işğalının legitimləşdirilməsiylə nəticələnəcək: 

"Biz bu müharibənin ilk günlərindən elə ABŞ-nin ən nüfuzlu strateqlərinin yazdıqlarına istinadla Ukraynanı belə bir aqibətin gözlədiyini deyəndə, Qərb təbliğatının muzdluları bizi Rusiyaya işləməkdə suçlayaraq, sosial şəbəkələrdə təhqir etdirirdilər. İndi Trampın məlum açıqlamalarından sonra həmin şəbəkə arqument axtarışındadır. Hazırda təsəlli üçün ABŞ rəsmilərinin Trampın söylədiklərinə düzəliş və Avropa təmsilçilərinin Ukraynaya dəstək bəyanatlarına istinad edilsə də, necə deyərlər, ox artıq yaydan çıxıb. Trampın Ukraynanı Zelenskisiz Rusiya ilə sövdələşmə masasına yatırdığı və onu hər an qurban etməyə hazır olduğu faktdır. Şübhəsiz ki, Trampın açıqlamaları, ilk növbədə, Rusiya əleyhinə formalaşmış yorğun Qərb koalisiyasında fikir ayrılığı və dərin çatlar yaradacaq. Ukrayna məsələsində vahid strategiyanın qəbulunu çətinləşdirəcək. Kremllə Avropa ölkələri arasında separat sövdələşmə meyillərini artıracaq. Digər tərəfdən, ABŞ prezidentinin açıqlamaları daha çox Ukrayna cəmiyyətinin, siyasi elitasının və ordusunun əhvalına təsir edərək, onların müqavimət əzmini aşağı salacaq. Rusiya ilə danışıq tərəfdarlarının mövqeyini gücləndirməklə Ukrayna hakimiyyəti daxilində uzun müddətdir gedən ziddiyətləri daha da dərinləşdirəcək".


Siyasi şərhçinin fikrincə, Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir: 

"Çünki Zelenski ABŞ-dəki 2020-ci il seçkilərində açıq şəkildə Trampı satmış, onun rəqibi Baydeni dəstəkləmişdi. Trampın 2019-cu ildə Baydenin oğlu Hanterin Ukraynadakı cinayət işini yeniləmək xahişini geri çevirərək, telefon danışıqlarını mətbuata sızdırmış və Baydenin əlinə oynamışdı. İndi isə qisas almaq - Zelenskini cəzalandırmaq növbəsi Trampdadır. Tramp da hər fürsətdə Zelenskini cəzalandıracağının mesajını verir. O, artıq bir neçə dəfə xatırladıb ki, özü prezident olsaydı, bu müharibə baş verməzdi və müharibənin də əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəyidir. Bununla da, Tramp, faktiki olaraq, Ukrayna müharibəsinin əsas təqsirkarının Rusiya yox, Bayden komandası və onların əlinə oynayan Zelenski olduğuna eyham vurmuş olur. Çox güman ki, yaxın vaxtlarda Ukraynada hərbi çevrilişə cəhd ssenariləri işə düşəcək. Çünki Zelenski özü Putinlə danışığı qadağan edən fərman imzalayıb. Avropa isə Zelenskinin iştirakı olmadan aparılacaq danışıqları qəbul etməyəcəklərini bildiriblər. İndi ya Zelenski Putinlə danışığı qadağan edən fərmanını ləğv etməlidir, ya Ukraynanın iştirakı olmadan ABŞ-Rusiya danışıqlarına razılaşmalıdır. Ya da Ukraynada yeni hakimiyyət formalaşacaq. Hər üç ssenaridə də əsas zərbə məhz Zelenskiyə dəyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Fevral 2025 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri