Icma.az
close
up
RU
Qışda Çin maşınlarında gizli təhlükə: ustalarda qala bilərsiniz

Qışda Çin maşınlarında gizli təhlükə: ustalarda qala bilərsiniz

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qış mövsümü avtomobillər üçün hər zaman sınaq dövrü sayılır. Son illər Azərbaycanda sayı sürətlə artan Çin istehsalı avtomobillər də istisna deyil. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip avtomobillərdə qışa hazırlıq lazımi səviyyədə aparılmasa, xırda görünən texniki detallar qısa müddətdə ciddi nasazlıqlara, hətta avtomobilin müvəqqəti yararsız vəziyyətə düşməsinə səbəb ola bilər.

Ölkə.Az-ın məlumatına görə, ən çox rast gəlinən problemlərdən biri akkumulyatorla bağlıdır. Çin avtomobillərinin əksəriyyətində zavoddan quraşdırılan akkumulyatorlar sərt soyuqlara tam uyğun olmur. Temperaturun enməsi startın gecikməsinə, elektron sistemlərin səhv işləməsinə, bəzən isə avtomobilin ümumiyyətlə işə düşməməsinə gətirib çıxarır. Akkumulyator vaxtında yoxlanılmadıqda sürücü səhər maşının qarşısında aciz qala bilər.

Qışda mühərrikin soyutma sistemi də xüsusi diqqət tələb edir. Bəzi hallarda avtomobildə olan antifrizin donma həddi yerli iqlimə uyğun olmur. Bu isə radiatorun çatlaması, su nasosunun sıradan çıxması və ən təhlükəlisi – mühərrikin zədələnməsi riski yaradır. Belə bir nasazlıq artıq adi texniki xidmət yox, yüksək xərc tələb edən təmir deməkdir.

Çin istehsalı avtomobillərin üstünlüklərindən biri zəngin elektron sistemləridir. Lakin qış aylarında məhz bu üstünlük problemə çevrilə bilər. Sensorların soyuğa həssas olması səbəbindən idarə panelində xəbərdarlıq işıqları əsassız yanır, multimedia sistemləri donur, bəzi hallarda isə avtomobil “səhv rejimi”nə keçir. Bu cür siqnallara vaxtında reaksiya verilməzsə, bütöv elektron blokların dəyişdirilməsi zərurəti yarana bilər.

Yanacaq sistemi də risk qrupundadır. Qışda keyfiyyətsiz benzin və ya dizel yanacağı Çin avtomobillərində daha tez fəsad verir. Yanacaq nasosunun sıradan çıxması, forsunkaların tutulması mühərrikin titrəməsinə, güc itkisinə və hərəkət zamanı sönməyə səbəb olur. Belə hallar isə artıq avtomobilin yolda qalması təhlükəsini artırır.

Asqı sistemi və alt hissə qışda görünməyən, amma ciddi problemlər yaradan sahələrdəndir. Soyuq hava rezin elementlərin tez bərkiməsinə və çatlamasına, duzlu və nəmli yollar isə alt hissədə paslanmanın sürətlənməsinə gətirib çıxarır. Nəticədə avtomobil səs salır, idarəetmə zəifləyir və təhlükəsizlik səviyyəsi aşağı düşür.

Mühərrik və transmissiya yağlarının mövsümə uyğun dəyişdirilməməsi də Çin avtomobilləri üçün əlavə risk yaradır. Qışa uyğun olmayan yağ soyuq start zamanı mühərriki daha çox yükləyir, sürətlər qutusunda gecikmələr yaradır və uzunmüddətli perspektivdə mühərrikin resursunu azaldır. Bu isə sonradan bahalı təmirə aparan bir prosesdir.

Mütəxəssislərin fikrincə, Çin istehsalı avtomobillər düzgün qulluq olunduqda qış mövsümünü problemsiz keçə bilər. Lakin qışa hazırlıq görülməzsə, bu avtomobillər tez-tez ustalıq edə, gözlənilməz xərclər yarada və hətta qısa müddətdə yararsız vəziyyətə düşə bilər. Buna görə də qış başlamazdan əvvəl texniki baxışın vaxtında aparılması sürücünü həm əsəbdən, həm də əlavə xərclərdən qoruyur.

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri