Icma.az
close
up
RU
Qışda davamlı burun axıntısı: ƏSoyuqdəymə deyil, allergiya ola bilər

Qışda davamlı burun axıntısı: ƏSoyuqdəymə deyil, allergiya ola bilər

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Qış boyunca uşaqlarda davamlı burun axıntısı və asqırma tez-tez sadə bir soyuqdəymə ilə səhv salınsa da, mütəxəssislər bunun əslində allergiya ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Medicina.az xəbər verir ki, gözlə görünməyən, lakin mikroskop altında görünən ev tozu gənələri uşaqların sağlamlığını təhdid edən ən böyük daxili "düşmənlərdən" biridir.

Xalçalardan yastıqlara, yorğanlardan pərdələrə qədər evin hər küncündə olan bu canlılar, xüsusən də payız və qış aylarında allergik uşaqlar üçün kabusa çevrilir.

Medipol Bahçelievler Universiteti Xəstəxanasından dosent Dr. Ömər Akçal ailələrin bu vəziyyəti tez-tez yuxarı tənəffüs yollarının infeksiyaları ilə qarışdırdıqlarını bildirərək, kritik bir xəbərdarlıq edib: "Sağlam fərdlər heç bir problem yaşamadan bu allergenləri tənəffüs edə bilsələr də, həssas uşaqlar zamanla müxtəlif allergik simptomlar göstərə bilərlər."


O, bu simptomların burun tıxanıqlığı, burun axıntısı, asqırma və yuxarı tənəffüs yollarında qaşınma kimi göründüyünü və bu vəziyyətin allergik rinit kimi təyin olunduğunu izah edib.

O, əlavə edi ki, aşağı tənəffüs yolları təsirləndikdə, öskürək, xırıltılı tənəffüs və nəfəs darlığı kimi simptomlarla allergik astma inkişaf edə bilər.


Dosent Dr. Akçal ev tozu gənəsi allergiyasının ümumiyyətlə 3 yaşından sonra ortaya çıxdığını vurğulayıb:

"5 yaşından sonra əhəmiyyətli dərəcədə artır. Qapalı məkan allergen olduğundan, simptomlar əsasən ev mühitində özünü göstərir və il boyu davam edə bilər."

Dosent Dr. Akçal izah etdi ki, ev tozu gənəsi allergiyasının müalicəsinə üç addımda yanaşılır. O, ilk addımın profilaktik tədbirlər olduğunu vurğuladı:

"Uşağın otağında mümkün qədər az əşya olmalı və ev tozunu toplayan materiallar azaldılmalıdır. Lazım olduqda hava təmizləyicilərindən də istifadə etmək olar.

İkinci addımda, allergik rinit, astma və ya ekzema kimi mövcud vəziyyəti hədəf alan tibbi müalicələr tətbiq olunur".


Akçal, dərmana ehtiyacın yüksək olduğu və həyat keyfiyyətinin təsirləndiyi hallarda, üçüncü addım olan allergiya immunoterapiyasının rol oynadığını bildirdi.

Allergiya peyvəndləri kimi tanınan allergenə xas immunoterapiyanın qısamüddətli bir tətbiq olmadığını vurğulayan Dosent Dr. Akçal, "Bu müalicə tək dozalı peyvənd deyil. Bu, ən azı 3, ən çoxu 5 il davam edən, müntəzəm müşahidə tələb edən və uşaq allergiyası və immunologiyası mütəxəssisləri tərəfindən planlaşdırılmalı olan bir müalicə prosesidir".

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 05 Yanvar 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri