Icma.az
close
up
RU
Qışda immuniteti gücləndirmək üçün nə yeməli? 6 ən yaxşı meyvə

Qışda immuniteti gücləndirmək üçün nə yeməli? 6 ən yaxşı meyvə

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmmuniteti gücləndirmək üçün meyvə istehlakı ilin istənilən fəslində faydalıdır, lakin bu, xüsusilə qış aylarında daha böyük əhəmiyyət kəsb edir. Soyuq və quru hava, eləcə də qapalı məkanlarda daha çox vaxt keçirmək virusların yayılmasını asanlaşdıra və orqanizmin təbii müdafiə mexanizmlərini zəiflədə bilər. 

Qaynarinfo xəbər verir ki, bu səbəbdən dietoloqlar "Martha Stewart” üçün qışda immuniteti gücləndirən 6 ən yaxşı meyvəni sadalayıb.

Kivi - Bu meyvə leykositlərin istehsalını dəstəkləmək və infeksiyalarla mübarizə aparmaq üçün vacib olan C vitamininin əla mənbəyidir. "Bundan əlavə, tərkibində ümumi sağlamlığı dəstəkləyən və iltihabı azaltmağa kömək edən K vitamini və antioksidantlar var", deyə "Nutrition Now Counseling”in təsisçisi, qeydiyyatdan keçmiş dietoloq Loren Manaker bildirib.

Portağal - Diyetoloq Cennifer Hillisin sözlərinə görə, portağal immun sistemini gücləndirən və orqanizmin hüceyrələrini qoruyan C vitamini ilə zəngindir. Bundan başqa, portağal sitrus meyvələrinə xas olan və bitki mənşəli bir birləşmə sayılan hesperidin də ehtiva edir:

"Hesperidin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri sayəsində immun sistemini dəstəkləyən çoxsaylı faydalar təqdim edir".

Nar - Bu meyvə də bu qış immuniteti gücləndirə bilən meyvələr sırasındadır.

"Nar polifenollar da daxil olmaqla güclü antioksidantlarla zəngindir, bunlar iltihabı azaltmağa və hüceyrələri zədələnmədən qorumağa kömək edir", deyə Manaker qeyd edib.

Nar eyni zamanda C vitamini və liflə zəngindir. Diyetoloq Sima Şahın sözlərinə görə, bu maddələr bağırsaq sağlamlığını dəstəkləyir və güclü immunitet üçün bu amil həlledici əhəmiyyət daşıyır.

Manqo - "Bu meyvə immunitetlə bağlı ilk ağla gələn meyvə olmaya bilər, lakin onun parlaq narıncı rəngi əksini göstərir. Bu rəng beta-karotin kimi karotinoidlərin mövcudluğundan xəbər verir və onlar A vitamininin ilkin formasıdır", deyə Şah izah edir.

Mütəxəssisin sözlərinə görə, A vitamini immun hüceyrələrinin inkişafı və reaksiyası üçün son dərəcə vacibdir. Manqo həmçinin C vitamini, E vitamini və folatlarla da zəngindir.

Qaragilə - Şah bildirir ki, qaragilənin tərkibindəki yüksək lif və fitokimyəvi maddələr bağırsaqlarda faydalı bakteriyaların inkişafını dəstəkləyir, iltihabı azaldır və bağırsaq selikli qişasının möhkəmliyini qoruyur. Bu xüsusilə vacibdir, çünki immun hüceyrələrinin 70 faizdən çoxu bağırsaqlarda yerləşir.

"Qaragilədəki lif həzmi yavaşladır və qanda şəkərin sağlam səviyyədə qalmasına kömək edir. Xroniki yüksək şəkər səviyyəsi immun hüceyrələrinin funksiyasını zəiflədə və infeksiyalarla mübarizə qabiliyyətini azalda bilər”, deyə diyetoloq xəbərdarlıq edir.

Qreyfrut - Bu meyvə də portağal kimi C vitamini ilə zəngindir və immuniteti dəstəkləyir.

"O həmçinin flavonoidlər və karotinoidlər kimi faydalı bitki birləşmələri ehtiva edir. Bu maddələr iltihabla mübarizə apararaq və hüceyrələrarası əlaqəni yaxşılaşdıraraq immun sistemini gücləndirir”, deyə Hillis bildirib.

Qreyfrutun tərkibində folat, tiamin, B6 vitamini və riboflavin kimi B qrupu vitaminləri də var. Dietoloqun sözlərinə görə, bu vitaminlər oksidləşdirici stressi və iltihabi reaksiyaları nəzarətdə saxlamağa kömək edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri