Icma.az
close
up
RU
Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki Kompotdan daha faydalı uzvar

Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki Kompotdan daha faydalı uzvar

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Qış - orqanizmimizin, xüsusilə, vitaminlərə və mikroelementlərə ehtiyac duyduğu zamandır. Lakin bu dövrdə təzə giləmeyvə və meyvə tapmaq kifayət qədər çətindir. Çıxış yolu var - qurudulmuş meyvələrdən uzvar adlanan dadlı və faydalı içki hazırlamaq.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə qıcqırma istehsalı və şərabçılıq texnologiyası üzrə mütəxəssis Yelena Beteva danışıb.

Onun sözlərinə görə, uzvar - qurudulmuş giləmeyvə və meyvələrdən hazırlanan qədim içkisidir. Kompotdan fərqli olaraq, uzvar bişirilmir, qaynar suda dəmlənir ki, bu da faydalı maddələrin maksimum saxlanmasına imkan verir.

"Adətən qurudulmuş meyvələrdən kompot bişirirlər. Lakin uzvar daha az istilik emalına məruz qalır və müvafiq olaraq daha çox faydalı vitaminləri və mikroelementləri özündə saxlayır", - deyə o bildirib.

O qeyd edib ki, uzvar hazırlamaq üçün istənilən qurudulmuş meyvə və giləmeyvələrdən - armud, zoğal, itburnu, yemişan, qarağat, motmutu, alma, ərik qurusu, qara gavalı, kişmiş, xurma, qaysıdan istifadə etmək olar.

"Hər bir tərkib hissəsi təkcə unikal dad deyil, həm də sağlamlıq üçün fayda gətirir. Məsələn, qurudulmuş zoğal soyuqdəymə əleyhinə və antibakterial təsirə malikdir, qurudulmuş albalı həzmi yaxşılaşdırır və ürəyi qoruyur, itburnu isə immunitet sistemini gücləndirir və orqanizmi cavanlaşdırır. Nə qədər çox müxtəlif qurudulmuş meyvələrdən istifadə etsəniz, içkinin dadı və rəngi bir o qədər zəngin olar. Əlavə şirinlik və fayda üçün soyudulmuş uzvara bal əlavə etmək olar. Nanə, melisa budağı, darçın və ya mixək əlavəsi isə dadı daha maraqlı edər və ədviyyəli tam verər", - deyə mütəxəssis vurğulayıb.

Mütəxəssis vurğulayıb ki, uzvarı vitaminlərin metalla təmasda dağılmasının qarşısını almaq üçün emallı və ya şüşə qabda hazırlamaq daha yaxşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri