Icma.az
close
up
RU
Qışda virusu harada yoluxuruq? AÇIQLAMA

Qışda virusu harada yoluxuruq? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış aylarında viruslara yoluxma riski açıq havada deyil, daha çox qapalı və zəif havalandırılan məkanlarda yüksək olur.

Redaktor.az xəbər verir ki, bu barədə “Bud Zdorov” klinikalar şəbəkəsinin infeksion xəstəliklər üzrə baş mütəxəssis “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, şaxtalı günlərdə açıq havada havada olan virus hissəciklərinin konsentrasiyası xeyli azalır. Bunun əsas səbəbi isə öskürək və ya asqırma zamanı havaya yayılan iri tənəffüs damcılarının soyuq havada daha tez yerə və səthlərə çökməsidir. Bu damcılar isti və rütubətli havadakı kimi uzun müddət havada asılı vəziyyətdə qalmır.

“Virus qar, buz və digər səthlərə çökdükdən sonra aktivliyini müəyyən müddət saxlayır, lakin artıq havada dövr etmir. Nəticədə virusun məhz hava mühitindəki konsentrasiyası azalır. Üstəlik, şaxtalı havada insanlar açıq havada daha az vaxt keçirir və bir-biri ilə az ünsiyyətdə olur ki, bu da küçə mühitinə düşən virus hissəciklərinin miqdarını azaldır”, – deyə o izah edib.

Həkim qeyd edib ki, quru və soyuq hava virus olan selikli damcıların tez qurumasına səbəb olur. Qurumuş virus hissəcikləri isə günəş şüalarının (ultrabənövşəyi şüalanma) təsiri ilə daha tez zərərsizləşir. Lakin virus kölgədə, qar və ya buz qatında “qorunduqda”, şaxta onun üçün ideal “konservasiya mühiti” yaradır. Yəni aşağı temperatur virusu birbaşa məhv etmir, sadəcə onun havadan tez çıxıb səthlərdə “saxlanmasına” şərait yaradır.

Onun sözlərinə görə, temperaturun gün ərzində sıfıra yaxın dəyişdiyi (gündüz əriyib, gecə donan) şəraitdə virus güclü və stabil şaxtaya nisbətən daha tez məhv ola bilər. Çünki buz kristalları virusun lipid örtüyünü və strukturunu zədələyir.

Mütəxəssis vurğulayıb ki, əsas risk məhz soyuq küçədən insanların çox toplandığı, zəif havalandırılan isti qapalı məkanlara keçid zamanı yaranır:

“Küçədə siz demək olar ki, virusu nəfəsinizə çəkmirsiniz, lakin onu səthlərdən əllərinizlə gətirə və ya qapalı məkanın konsentrasiyalı havasında yoluxa bilərsiniz”.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri