Icma.az
close
up
RU
Qışda xəstəliklərdən qorunmağın sirri: Çuğundur, sarımsaq, vəzəri...

Qışda xəstəliklərdən qorunmağın sirri: Çuğundur, sarımsaq, vəzəri...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soyuq qış aylarında orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur. Bu mövsümdə xəstəliklərdən qorunmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərik.

Moderator.az oxu.az-a istinadən xəbər verir ki, "Haber Global" immunitet sistemini gücləndirmək üçün üstünlük verilməli olan məhsullar barədə ekspertlərin tövsiyələrini təqdim edib.

Zəncəfil

Zəncəfil dəmir, maqnezium, "B6" və "C" vitamini ilə zəngindir. Bu sağlam tərkibi sayəsində zəncəfil güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Selikli qişaları nəzarətdə saxlayaraq qış aylarında burun tutulmasının qarşısını alır. Çaya və ya südə əlavə edilərək istifadə edilə bilən zəncəfil immuniteti artırır.

Sarımsaq

Sarımsaq antimikrob xüsusiyyətlərə malikdir. Sağlam qida dəyərləri ilə sarımsaq təbii antibiotik hesab olunur. Yeməklərə sarımsaq əlavə etməklə onun faydasından asanlıqla yararlanmaq olar. Qış aylarında sarımsaq istehlakı immunitetin güclənməsinə kömək edir.

Brokkoli

Superqida adlandırılan brokkoli "C", "A" və "E" vitaminləri ilə zəngindir. Eyni zamanda yüksək lif tərkibinə malik olan brokkoli immuniteti artırır. O, həmçinin bağırsaq sağlamlığını da dəstəkləyir. Brokkoli şorbası və ya bişmiş brokkoli qış ayları üçün ideal qidalardır.

Çuğundur

Çuğundur yüksək antioksidant və nitrat tərkibli qidadır. Çuğundurun müntəzəm istehlakı iltihabı azaldır və qan dövranını sürətləndirir. Eyni zamanda, çuğundur tərkibindəki betalain birləşmələri sayəsində immuniteti gücləndirir. Salatlara çuğundur əlavə etməklə onun faydasını görə bilərsiniz.

İspanaq, vəzəri

Dəmir və antioksidantlarla zəngin olan ispanaq və vəzəri kimi göyərtilər təbii antioksidant tərkibləri sayəsində immuniteti artırır. Qış aylarında xəstəliklərdən qorunmaq üçün salatlarda və ya gündəlik yeməklərin yanında bu göyərtiləri istehlak etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri