Qismən atəşkəs geriyə doğru addımdır Zelenski
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.
Redaktor.az xəbər verir ki, bunu o, Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna və Amerika rəsmilərinin Ciddə görüşündə ABŞ tam atəşkəs təklif edib, Ukrayna isə daha real addım kimi havada və dənizdə atəşkəsin əldə olunmasında israr edib:
“Biz dərhal reaksiya verdik, çünki bu, Ukrayna nümayəndə heyətinin görüşə getdiyi gündəmdəki dəyişiklikdir. Mən təsdiqlədim: biz müharibənin sona çatması istiqamətində irəliləməyə hazırıq”.
Lakin Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra yenidən qismən atəşkəs barədə söhbətlər başlayıb: “Bu geriyə doğru bir addımdır. Biz irəliyə doğru addımlar atmağa hazırıq, lakin geriyə getmək demək olan kompromislərə hazır deyilik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















