Icma.az
close
up
RU
Qismət Alıyev: İlk növbədə kollektivdə nizam intizam çox vacibdir MÜSAHİBƏ

Qismət Alıyev: İlk növbədə kollektivdə nizam intizam çox vacibdir MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Zirə"nin kapitanı Qismət Alıyev "Şamaxı" ilə oyundan sonra Sport24.az-ın suallarını cavablandırıb.
- Misli Premyer Liqasının XXVIII turunda "Şamaxı"nı üç cavabsız qolla üstələdiniz. Oyun barəsində fikirlərini bölüşərdin...
- Rəqibimiz son turlarda çox inamlı çıxış edirdi. Bizi yaxşı komandaya qarşı oyunun gözlədiyini bilirdik. Səfərdə çətin də olsa, 2:1 hesablı qalibiyyət əldə etmişdik. Bu dəfə ilk hissədə istədiklərimizi alındırsa bilməsək də, ikinci yarıda üç qol vuraraq vacib qələbə qazandıq.
- Komanda son olaraq çempionatda "Neftçi"yə məğlub olub. Uğurlu seriyanı nə ilə əlaqələndirərsən?
- Bizim işimiz hər matçda qalib gəlməkdir. Məşqçinin istədiklərini meydanda yerinə yetirmək niyyətindəyik. İlk növbədə kollektivdə nizam-intizam çox vacibdir. Qarşıda bir-birindən vacib görüşlər var. Hazırda bütün fikrimizi növbəti matça yönəltmişik.
- Əsas rəqiblərinizin xal itirdiyini nəzərə alsaq, avrokubok yolunda məqsədə daha da yaxınlaşdığınızı deyə bilərikmi?
- Qarşıda hələ 8 tur var. Çempionatda elə dönəmdir ki, heç bir kollektiv rahatlıqla qələbə qazana bilmir.
- Növbəti oyununuz "Qarabağ"a qarşı olacaq...
- Bizi çətin səfər matçı gözləyir. Ötən mövsümdə çempionatımızda son turadək mübarizə davam edirdi. İndi də oyunlar gərgin keçir. Lakin hazırda yalnız "Qarabağ"la matça köklənmişik.
- "Qarabağ"la aranızda 12 xallıq fərq var. Necə düşünürsən, bəzi oyunda məğlubiyyət və xal itkiləri olmasaydı, daha iddialı "Zirə" görə bilərdikmi?
- Mövsümə çox yaxşı başlamışdıq. Konfrans Liqasında inamlı çıxış edirdik. Lakin zədələrdən qaçmaq mümkün deyil. Aparıcı oyunçularımız bu səbəbdən uzun müddət meydandan kənarda qaldılar. "Qarabağ" neçə ildir ki, istər Avropada, istərsə də, yerli yarışlarda inamlı çıxış edir. Biz də ildən-ilə inkişaf etməyə çalışırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri