Icma.az
close
up
RU
Qismətimizi dəyişə bilərik? PSİXOLOQ DANIŞDI

Qismətimizi dəyişə bilərik? PSİXOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

““Qismət” anlayışı cəmiyyətdə çox geniş yayılıb. Bəzən insanlar həyatlarında baş verən hər şeyi qismətə bağlayır, sanki öz seçimlərinin, qərarlarının heç bir rolu yoxmuş kimi davranırlar. Bəs əslində qismət nədir? Qismət dəyişə bilərmi?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Psixoloji baxımdan qismət - insanın həyatında baş verən hadisələrin öz iradəsindən asılı olmadan formalaşdığına inanmasıdır. Bu, bəzi hallarda insanlara təsəlli versə də, əgər insan hər şeyi yalnız “qismət belə imiş” deyərək qəbul edirsə, bu onun passivləşməsinə, məsuliyyətdən qaçmasına və dəyişmək üçün addım atmamasına səbəb ola bilər.

Qismət və iradə

İslam dinində də “qədər” və “iradə” məsələsi çox incə şəkildə izah olunur. Qurani-Kərimdə insanın öz əməli ilə taleyini dəyişə biləcəyinə dair ayələr var: “Həqiqətən, bir qövm öz hallarını dəyişmədikcə, Allah da onların hallarını dəyişməz.” (Rad surəsi, 11-ci ayə)

Bu ayə bizə göstərir ki, insanın öz seçimləri, çalışması, davranışları onun gələcəyinə birbaşa təsir edir. Yəni biz öz səylərimizlə həyatımızı dəyişə, “qismətimizi” formalaşdıra bilərik.

Psixoloji baxımdan necə dəyişə bilərik?

Əgər insan daim “Mənim bəxtim belə gətirdi”, “Onsuz da alınmayacaq” kimi düşünürsə, bu onun özünü inkişaf etdirməsinə əngəl törədir. Psixologiyada buna öyrənilmiş acizlik deyilir. İnsan təkrar uğursuzluq yaşadıqda, bir müddət sonra çalışmaqdan da imtina edir. Halbuki, dəyişiklik üçün ilk addım inancdır: “Mən bacararam!”

Qismət və seçimlərimiz

Hər bir insanın qarşısına fürsətlər çıxır. O fürsətlərdən istifadə etmək və ya etməmək bizim seçimimizdir. Əgər hər şeyi taleyin üstünə atsaq, o zaman öz məsuliyyətimizi inkar etmiş olarıq. Halbuki, psixoloji sağlamlıq insanın öz həyatının sükanını əlinə alması ilə başlayır.

Qismət, bəlkə də, qarşımıza çıxan yollar ola bilər. Amma o yolda necə addımlayacağımız — bizim seçimimizdir. Unutmayaq: seçimlərimiz taleyimizi formalaşdırır. Əgər dəyişmək istəyiriksə, özümüzdən başlamalıyıq. Qismət gözlənilmir - qismət qurulur”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see572

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see263

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see260

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see256

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see251

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see247

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see244

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see224

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see223

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see210

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see209

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see209

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see206

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see204

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see198

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see190

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see189

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see184

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri