Qitə futbol qurumu ingilis hakimlə bağlı araşdırmaya başlayıb
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.
Böyük Britaniyanın "The Sun" nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb. Videonun Kutun VAR köməkçi hakimi olduğu AÇ-2024-ün 1/4 finalının Portuqaliya – Fransa oyunundan bir gün sonra – iyulun 6-da mehmanxanada çəkildiyi qeyd edilib.
Qeyd edək ki, bir neçə gün öncə Kutun "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.
Baxış sayı:142
Bu xəbər 15 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















