Icma.az
close
up
RU
Qitələri birləşdirən enerji siyasəti

Qitələri birləşdirən enerji siyasəti

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir.

Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Azərbaycanın geosiyasi mövqeyi, zəngin enerji ehtiyatları və strateji baxışları ölkənin enerji təhlükəsizliyini regional və qlobal miqyasda mühüm məsələyə çevirir. Ölkənin enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanan və 1994-cü ildən üzübəri həyata keçirilən yeni neft strategiyasında öz təsdiqini tapır.

Azərbaycanın enerji siyasətində müasir texnologiyaların tətbiqi və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan kompleks yanaşma ölkəmizin beynəlxalq enerji bazarlarında nüfuzunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb etməkdədir.

Dövlət başçımızın təşəbbüsü ilə ölkəmizdə enerji sektorunda həyata keçirilən islahatlar və layihələr ölkəmizi bölgənin əsas enerji mərkəzinə çevirib. Bu günlərdə Prezidentin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji siyasətinin uğurudur. Güc baxımından 1880 meqavatlıq imkanlara malik olan “8 Noyabr” Elektrik Stansiyası hazırda Azərbaycanın ən böyük elektrik istehsal müəssisəsidir. Bu stansiya ölkənin enerji istehsal gücünü əhəmiyyətli dərəcədə artırır, enerji şəbəkəsinin daha səmərəli və qənaətcil fəaliyyətini təmin edir. Eyni zamanda, yanacaq sərfiyyatının minimuma endirilməsi və təbii qazın ixrac potensialının genişlənməsi üçün yeni imkanlar açır. Beləliklə, Azərbaycan beynəlxalq enerji bazarlarında daha güclü bir oyunçuya çevrilir.

Qeyd edək ki, dövlət başçımızın 2022-ci il 25 oktyabr tarixli sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Eelektrik Stansiyasının ərazisində elektrik stansiyasının tikintisinə qərar verilib və 2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan bu stansiya ölkənin enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur.

“8 Noyabr” Elektrik Stansiyasının tikintisi Azərbaycan ilə İtaliya və Çin arasında səmərəli beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Dünyanın qabaqcıl mühəndislərinin və texniki mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn bu layihənin yüksək keyfiyyətlə icra olunması Azərbaycanın enerji sektorunda beynəlxalq tərəfdaşlıqlar qurmaq və onları uğurla reallaşdırmaq bacarığını bir daha sübut etdi. Dövlət başçısının vurğuladığı kimi, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Çin isə Azərbaycanın enerji sektorunda mühüm mövqeyə sahibdir və bu ölkələrlə birgə yeni layihələr uğurla həyata keçirilir. Enerji təhlükəsizliyi müasir dövrdə hər bir ölkə üçün milli təhlükəsizlik məsələsinin ayrılmaz hissəsidir. Azərbaycanın 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə qaz ixrac etməsi dövlətimizin enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Yeni və güclü elektrik stansiyalarının, xüsusilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın daxili enerji ehtiyaclarının təmin edilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edir. Bu isə ölkənin beynəlxalq nüfuzunu və geosiyasi əhəmiyyətini artırır.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”, - deyən dövlətimizin başçısı açılış nitqində stansiyanın əsas üstünlüklərindən biri kimi onun çevikliyi və enerjiyə qənaət qabiliyyətini xüsusi vurğulayıb. Bildirilib ki, Avropanın qabaqcıl texnologiyalarına əsaslanan bu obyekt təbii qazla işləyəcək və əvvəlki nəsil stansiyalara nisbətən daha az yanacaq sərf etməklə daha çox enerji istehsal edə biləcək. Bu stansiyanın fəaliyyəti Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Regionların enerji ilə fasiləsiz təmin olunması, yeni sənaye müəssisələrinin fəaliyyətinə şərait yaradılması, ixrac potensialının artırılması bu layihənin strateji əhəmiyyətini göstərir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda həyata keçirdiyi genişmiqyaslı islahatların tərkib hissəsidir. Hazırda ölkənin enerji sisteminin ümumi generasiya gücü 9000 meqavatdır və yaxın gələcəkdə bu bölgüdə yaşıl enerjinin payı sürətlə artacaq. Bu, həm ətraf mühitin qorunması, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bundan əlavə, qənaət edilən təbii qazın ixracı ölkəyə əlavə gəlirlər qazandırır.

Stansiyanın “8 Noyabr” adlandırılması da xüsusi bir rəmzi mənaya malikdir. Təqvimin bu tarixi – 8 Noyabr 2020-ci il Azərbaycanın tarixi Zəfər Günüdür. Məhz bu gün Şuşanın işğaldan azad olunması ilə Vətən müharibəsinin taleyi həll olunmuş və ölkəmiz qələbə qazanmışdır. Bu mənada, “8 noyabr” adını danışan elektrik stansiyası təkcə elektroenegetikada, texniki sahədə nailiyyət deyil, eyni zamanda milli qürur və iradənin simvoludur.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji müstəqilliyini daha da möhkəmləndirir, ölkənin ixrac gücünü artırır və eyni zamanda yüksək mühəndislik və idarəetmə bacarığının bariz nümunəsidir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji potensialının daha səmərəli şəkildə istifadəsi və ölkəmizin qlobal enerji bazarında mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və dövlətimizin həyata keçirdiyi uzunmüddətli və ardıcıl siyasətin uğurlu nəticəsi olaraq təzahür edir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see658

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see419

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see294

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see293

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see248

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see246

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see225

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see218

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see214

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see203

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see195

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see177

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see174

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see169

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see167

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see166

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see162

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see157

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see157

Bakı metrosunda dəyişiklik...

18 Avqust 2026 10:16see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri