Qiyamçılar Hələbə daxil oldular
Icma.az bildirir, Modern.az portalına istinadən.
Suriyanın şimal-qərbində hücumu davam etdirən qiyamçılar Hələb şəhərinə (Suriyanın ikinci ən böyük şəhəri) daxil olublar.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" və "CNN Arabic" məlumat yayıb.
Bildirilir ki, şəhərin kənarında silahlılar iki avtomobili partladıblar, hökumət qoşunları ilə döyüşlər davam edir.
Məlumata görə, yerli sakinlər silahlıların atəşi nəticəsində şəhərin qərb kənarındakı evlərini tərk edirlər. Üsyançılar Hələb sakinlərini onların tərəfinə keçməyə çağırır.
"Anadolu" agentliyinin mənbələri üç gün ərzində qiyamçıların ümumi sahəsi 400 kvadrat kilometr olan əraziləri nəzarətə götürdüyünü bildirib. BMT Suriyanın şimal-qərbində uşaqlar da daxil olmaqla azı 27 mülki şəxsin öldürüldüyünü açıqlayıb.
Baxış sayı:177
Bu xəbər 29 Noyabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















