Icma.az
close
up
RU
Qiyamət gününün təyyarəsi

Qiyamət gününün təyyarəsi

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Qəribə səslənsə də, ABŞ-nin qiyamət günü üçün də təyyarəsi var. Təbii ki, bu təyyarə ancaq birinci şəxslər üçün nəzərdə tutulub. Qara camaat hər yerdə qara camaatdır. Bu təyyarə təxliyə üçün deyil, sanki göydə uçan "Pentaqon"dur. Nüvə müharibəsi zamanı ABŞ komandanlığı bu təyyarə vasitəsilə sualtı qayıqlardan tutmuş istənilən qoşun növü ilə əlaqə saxlayaraq həm ölkəni, həm də müharibəni idarə etmək imkanına malik olacaq. Çünki nüvə müharibəsi baş versə, yer üzərində fəaliyyət göstərən bütün əlaqə vasitələri fiziki olaraq çökəcək.

Açıq mənbələrdə ABŞ Hərbi Hava Qüvvələrinin dörd belə təyyarəyə malik olması haqqında məlumat var. İndi gizlidə nələri var, onu bir İlon Mask bilir, bir də Allah.

Son ayların yaratdığı gərginlik dünyanın bir çox nöqtələrində III Dünya müharibəsinin anonslarını verir.

Rusiya-Ukrayna müharibəsi yerini İsrail-Fələstin münaqişəsinə verməmiş, Suriyada siyasi və hərbi gərginlik başladı. Suriyada proksi qüvvələrin kimin tərəfində vuruşduğunu ekspertlər müəyyən etməmiş Cənubi Koreyada hərbi vəziyyətin elan olunması xəbəri manşetlərdə yer aldı. Cənubi Koreyada baş verən siyasi böhran koreyalıların təcili şəkildə konserv və qida vasitələrinin kütləvi şəkildə alışına təkan verdi. Maraqlı tərəflərdən biri də odur ki, adamlar "Telegram"a abunə olmağa başlayıblar.

Qapı qonşumuz Gürcüstanda isə artıq bir neçə gündür xalq hökumətlə kəllə-kəlləyə gəlib. İnsanlar nümayişə çıxır, əvəzinə su şırnaqları və müqavimət görürlər.

Çox təəssüf ki, sadəcə xronoloji ardıcıllıqla oxuduğumuz bu xəbərlərin içində həddindən çox insan itkisi var. Lakin dünya böyük müharibəyə hamilə olduğu zaman bunun fərqinə varmır.

Bütün bu gərginlik içində xeyli vaxtdır ki, Rusiya nüvə silahının tətbiqi barədə açıq mətnlə danışır və nüvə doktrinasına dəyişikliyi də həyata keçirtdi.

Bu günlərdə isə atom bombasının atası, əfsanəvi fizik Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirində deyib ki, "Bəşəriyyət heç vaxt nüvə silahından tam xilas ola bilməyəcək".

Çexov isə deyirdi ki, "Əgər tamaşanın birinci hissəsində divardan silah asılıbsa, növbəti hissədə o silahdan mütləq atəş açılacaq".

İstər fəlsəfi olsun, istərsə də məntiqi nüvə silahı gec-tez açılacaq. Kimin başında, artıq onu deyə bilmərik. Çünki nüvə silahı bir zamanlar çəkindirici güc olsa da, bu gün onun çəkindirici qüvvəsi elə də çox deyil.

Elə bu düşüncələr fonunda informasiya müharibəsi də öz sözünü deyir. Unutmayaq ki, bu "nüvə silahı"nın - sosial şəbəkələrin partlayış gücü çox dağıdıcı, eyni zamanda sürətlidir. Gündəmə yenə nüvə müharibəsi başladığı halda hansı ölkələrin hansı addımları atacağı barədə fikirlər irəli sürülür.

Əgər nüvə silahı, nüvə müharibəsi haqqında danışırıqsa, mütləq qeyd etməliyəm ki, belə bir qarşıdurma 16-28 oktyabr 1962-ci il tarixləri arasında bir dəfə yaşanıb və Karib böhranı kimi yadda qalıb. Böhran SSRİ ilə ABŞ, Nikita Xruşşov ilə Con Kennedi arasında yaşanıb.

ABŞ öz təsiri altından çıxan Kubanın sovetlərin qucağına getdiyini aydın görürdü. Məsələ Kubanın təkcə siyasi və ideoloji cəhətdən sovetlərə birləşməsi deyil, həm də Sovet hakimiyyətinin nüvə başlıqlı raketlərinin Kubada yerləşdirməsi idi. Ən maraqlısı bu idi ki, ABŞ xüsusi xidmət orqanları bu məsələdən gec xəbər tutmuşdular.

Yeri gəlmişkən, ABŞ də o dövrdə Türkiyədə "Yupiter" nüvə başlıqlı raket kompleksi yerləşdirmişdi və raketlərin uçuş məsafəsi 2.4 min km-idi. Sizcə raketlər hara tuşlanmışdı? Bəli, düz Moskvaya.

Böhran haqqında çox danışmadan indiki dövrümüzə qayıtmaq istərdim. O zaman böhran bir təhər həllini tapmışdı. Yəni ki, tarixdə ilk dəfə yaşana biləcək nüvə müharibəsi baş verməmişdi.

Eyni sözü eyni inamla bu gün üçün deyə bilərikmi?

Məsələn, ötən il Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarətə dair qalan sonuncu müqavilə olan "Yeni START" müqaviləsində iştirakını dayandırdığını bildirmişdi.

2010-cu ildə imzalanmış bu müqaviləyə görə hər bir ölkə maksimum 1550 nüvə başlığı ilə məhdudlaşmalı idi. (Müqavilənin müddəti 2026-cı ildə başa çatır).

Buna cavab olaraq ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın açıqlamasını "çox uğursuz və məsuliyyətsiz" adlandırmışdı. Elə bu hadisənin üstündən çox keçməmiş ABŞ "Qiyamət günü təyyarəsi"ni İslandiyaya yolladı. Təqribən bir il əvvəl. Özü də bu xəbəri "United States European Command" (EUCOM) ABŞ-nin Avropa Komandanlığı sosial şəbəkələrdə öz rəsmi səhifəsində dərc etmişdi.

Bu hadisə bir sıra siyasi ekspertlər tərəfindən ABŞ-nin Rusiyaya xəbərdarlıq mesajı kimi qiymətləndirilsə də, təbii ki, həqiqətin harada və necə olması biz adi insanlar üçün gizli qalır.

Bəs bu "Qiyamət günü təyyarəsi" hansı üstünlüklərə malikdir?

Açıq mənbələrdə ABŞ Hərbi Hava Qüvvələri köhnə "Qiyamət günü təyyarəsi" adlanan "E-4B Nightwatch" layneri haqqında müəyyən məlumat var. İlk növbədə nüvə müharibəsi zamanı ABŞ-nin bütün yerüstü əlaqələri məhv olarsa, 223 milyon dollarlıq bu təyyarə idarəetmə və baş komandanlıq mərkəzinə çevriləcək. Bu təyyarə elə inşa olunub ki, o nüvə partlayışına və yüksək temperatura qarşı davamlıdır. Onun bütün avadanlıqları elektromaqnit impulslarının təsirinə davam gətirir.

Təyyarənin layihə müəllifləri ümid edirlər ki, bu təyyarə heç vaxt tam gücündən istifadə etməyəcək. Rəsmi olaraq bu təyyarədən dörd dənədir. Onların cavabdehliyi ABŞ-nin HHQ-nin üzərindədir.

Onlardan biri Nebraskodadır. Deyilənlərə görə bu təyyarələr 7-24 hazır və mühərriki işlək vəziyyətdə aviabazalarda xidmət çəkir.

Onlar istənilən böhran vəziyyətində ABŞ-nin prezidentini və hərbi-siyasi elitanı qısa müddətdə təxliyə etməli və hərbi-siyasi idarəçiliyi həyata keçirməlidir. Beləliklə növbəti nüvə bombasının hara atılacağı barədə ikinci əmr artıq bu təyyarədən alınacaq.

Təyyarənin bütün mümkün texniki göstəriciləri gizli saxlanılsa da, onun üçmərtəbəli göyərtədən ibarət olduğu, 112 nəfər adamı götürmək gücünə malik olması bəllidir.

Mükəmməl mühəndis bacarığının nəticəsi olan dörd güclü mühərrik sayəsində təyyarə 12 saat yanacaq doldurmadan uça bilir. Əgər havada yanacaq götürə bilsə o zaman uçuş müddəti bir neçə gün çəkə bilər. Belə uçuşun bir saatlıq xərci 160 000 dollardır. Təyyarədə iclas otaqları, kompüterləşdirilmiş otaqlar, hərbi komandanlıq üçün tələb olunan hərbi qərargah, həmçinin 18 nəfərlik yataq yeri də mövcuddur. Və ən əsası təyyarənin texnologiyanın ən son nailiyyətləri vasitəsilə dünyanın istənilən nöqtəsi isə əlaqə yaratmaq imkanı var. Bunu təyyarənin quyruğunda yerləşən əlaqə və texniki idarəetmə hissəsində həyata keçirir. Təyyarənin "şüa qübbəsi" adlanan hissəsində isə 67 peyk və digər antenalar əlaqənin kəsintisiz verilməsini təmin edir.

Amma bütün bu texnoloji yeniliklər fonunda təyyarədə nə sensor ekranlar, nə də rəqəmsal texnologiyalar yoxdur. Hər şey analoq versiyadadır. Bir də bu təyyarənin pəncərəsi yoxdur.

Sülh dövründə bu təyyarənin missiyası ABŞ Müdafiə Nazirini xarici səfərlərə aparmaq, ya da ABŞ prezidentinin təyyarəsini "Air Force One" uçuşlar zamanı müşayiət etməkdir.

Lakin bu təyyarə artıq köhnəlmiş hesab olunduğundan və istismar müddəti 2030-cu ildə bitəcəyinə görə onu əvəzləyəcək təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalanıb.

Bunu da qeyd etməliyəm ki, Putinin də analoji təyyarəsi mövcuddur. Onların da sayı analoji olaraq 4 ədəd göstərilir.

Görünən odur ki, yer üzündə nüvə müharibə baş versə belə, müharibənin növbəti etapı göydə - "Qiyamət günü təyyarələri"ndə aparılacaq.

İndi isə bir anlıq düşünək, görəsən Hindistan, Çin və Şimali Koreyanın əlində hansı silahlar və kartlar var?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri