Icma.az
close
up
RU
Qiymət artımı qaçılmazdır? Bazarlarda kərə yağı ilə bağlı son durum

Qiymət artımı qaçılmazdır? Bazarlarda kərə yağı ilə bağlı son durum

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı ehtiyatının formalaşdığı bildirilir. İllik müqayisədə 199,6 dəfə artım kimi təqdim olunan bu göstəricilər bazarda real bolluqla bağlı ciddi suallar yaradır. İstehsalın azaldığı bir şəraitdə ehtiyatların bu qədər artması nə ilə izah olunur və bu ehtiyatlar bazara çıxarıldığı halda qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?
Demokrat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Kərə yağı üzrə yerli istehsal mövcud deyil"
Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubovun sözlərinə görə, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir: "Rəsmi statistikada göstərilən "istehsal" rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada "yerli istehsal" kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil".
"İdxal qiyməti 18 faiz artıb"
S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb: "Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik "istehsal" göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb".
"Qiymətlər enməyəcək, əksinə, qalxacaq"
Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs etdi: "Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər".
"Südün maya dəyərinin artması kərə yağının qiymətlərinə təsir edir"
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə təqdim edilən rəqəmlərlə razı deyil: "Ehtimal olunur ki, hesablamalara kərə yağı ilə yanaşı, digər yağ məhsulları da daxil edilib, bu da göstəricilər arasında fərqliliyin yaranmasına səbəb ola bilər".
C.İbrahimlinin fikrincə, 2025-ci ildə kərə yağının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib: "Paralel olaraq fermalardan südün çıxış qiymətlərində də artım müşahidə olunur ki, bu da əsasən yem xərclərinin və istehsal maya dəyərinin artması ilə bağlıdır. Südün maya dəyərinin artması birbaşa satış qiymətinə, nəticə etibarilə isə kərə yağının qiymətinə təsir göstərib. Mövcud vəziyyətdə yaxın vaxtlarda qiymətlərin enməsi gözlənilmir, çünki tələbat yüksək olaraq qalır".
"Kifayət qədər potensial mövcuddur"
Ekspert qiymətlərin aşağı düşməsini yerli istehsalın artırılmasında görür: "Bununla yanaşı, Azərbaycanın kərə yağı istehsalını artırmaq üçün kifayət qədər potensialı mövcuddur. Lakin hazırda fermer təsərrüfatları ilə emal müəssisələri arasında sinxron əməkdaşlıq mexanizmi düzgün qurulmayıb. Bu uyğunsuzluq istehsal zəncirində problemlər yaradır və ölkənin idxaldan asılılığını artırır. Düzgün koordinasiya və dəstək mexanizmləri formalaşarsa, daxili istehsalın artırılması mümkündür və bu da orta müddətdə qiymətlərin stabilləşməsinə şərait yarada bilər".
"Rəqəmlər satışın zəiflədiyini göstərir"
İqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, kərə yağı istehsalının azalması fonunda ehtiyatların artmasının əsas səbəbi idxal olunan alternativ məhsullarla, xüsusilə də marqarin və digər tərkibli yağlarla bağlıdır: "Bu məhsullar qiymət baxımından alıcının büdcəsinə daha uyğun olduğu üçün tələbat əsasən onlara yönəlir. Kərə yağının öz alıcısı olsa da, qiymət səbəbindən tələbat genişlənmir və nəticədə məhsul anbarda qalır. Ehtiyat anbarlarında məhsulun çox olması bazarda real bolluq və ya qiymətlərin avtomatik ucuzlaşacağı anlamına gəlmir. Bazarda bolluqdan yalnız o zaman danışmaq olar ki, məhsula tələbat olsun və onun qiyməti alıcı üçün əlçatan səviyyədə formalaşsın. Bu baxımdan, söhbət istehlakçı üçün deyil, anbar üçün real bolluqdan gedir. Real iqtisadi mühitdə isə bu vəziyyət satışın zəiflədiyini göstərir".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Yanvar 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri