Qiymət artımının başlıca səbəblərindən biri tikinti şirkətləridir AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda daşınmaz əmlak bazarında qiymətlər daim dəyişir. Hazırda mənzil qiymətlərində artımlar müşahidə olunur.
Qiymət artımının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, daşınmaz əmlakda ümumi qiymət artımı yenə müşahidə olunur:
"Başlıca səbəb, 2021-ci ildən başlayaraq inşaat mallarının bahalaşması nəticəsində tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. Bu tendensiya tədricən bazarda genişlənməyə başladı və ümumi tikinti, daşınmaz əmlak sektoruna əks təsir göstərdi. 2021-ci illə indiki il arasında təxminən 50 faiz qiymət artımı müşahidə olunur".
Ekspert qeyd etdi ki, qiymət artımının başlıca səbəblərindən biri tikinti şirkətləridir.
"Hazırda tikinti şirkətləri arasında olan rəqabət getdikcə sərtləşir. Daim az sayda qalan mənzillərin qiymətləri qaldırılır. Bunun başlıca problemi tikinti şirkətlərinin bazarda deaktivliyidir. Əgər 2000-ci ilə qədər bazarda böyük həcimdə yaşayış kompleksləri inşa olunurdusa, onların arasında rəqabət var idisə, 2000-2001-ci ildən sonra tikilən yaşayış komplekslərinin sayı getdikcə azalmaqdadır. Demək olar ki, son illər ərzində tikinti şirkətlərinə yeni icazələr verilmir. Onlar əllərində olan az saylı mənzillərin qiymətlərini getdikcə qaldırırlar", - deyə E.Azadov bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Mart 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















