Icma.az
close
up
RU
Qiymət eynidir, boşqablar boşalır Alıcılıq qabiliyyəti əvvəlki kimi deyil

Qiymət eynidir, boşqablar boşalır Alıcılıq qabiliyyəti əvvəlki kimi deyil

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son dövrlər ictimai iaşə sektorunda istehlakçıların diqqətini çəkən maraqlı tendensiya müşahidə olunur. Bir çox restoran, kafe və fast-food məntəqələrində yeməklərin qiyməti əvvəlki səviyyədə qalsa da, porsiyaların həcminin azaldığı ilə bağlı şikayətlər artır. Xüsusilə dönər, burger, sendviç və digər sürətli qida məhsullarında istifadə olunan ət, çörək və əlavə inqrediyentlərin miqdarının əvvəlki illərlə müqayisədə azaldığı bildirilir. İstehlakçılar hesab edirlər ki, qiymətlərin sabit saxlanılması fonunda porsiyaların kiçildilməsi faktiki olaraq gizli qiymət artımı deməkdir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, ictimai iaşə sahəsində qiymətlərin və porsiyaların müəyyənləşdirilməsi əsasən sahibkarların qərarından asılıdır və bu istiqamətdə dövlət tərəfindən birbaşa tənzimləmə həyata keçirilmir.
Onun sözlərinə görə, əsas tələb istehlakçıya təqdim olunan məhsulun təhlükəsiz və keyfiyyətli olması, həmçinin menyuda göstərilən göstəricilərin reallığa uyğun gəlməsidir.
"Əsas tələb ondan ibarətdir ki, təqdim olunan qida sağlam olsun və menyuda göstərilən çəki ilə faktiki çəki arasında uyğunsuzluq yaranmasın. Bunun xaricində isə kafelər və restoranlar qiymətlərin müəyyənləşdirilməsi və porsiyaların formalaşdırılması məsələsində sərbəstdirlər. Bu səbəbdən onlara hər hansı normativ-hüquqi məhdudiyyət tətbiq etmək mümkün deyil".
Ekspert qeyd edib ki, son aylarda ərzaq məhsullarının qiymətində müşahidə olunan artımlar ictimai iaşə obyektlərinin fəaliyyət xərclərinə də təsir göstərir. Bu səbəbdən bəzi müəssisələr qiymətləri birbaşa artırmaq əvəzinə alternativ üsullara üstünlük verirlər.
 

Həmçinin oxu:
Təmizlik suyuna 1 qaşıq əlavə edirsən, mebellər 1 həftə toz tutmur
Pendirin bu növünü satanlar yüksək məbləğdə cərimələnir
Kondisioneri əvəz edən dibçək bitkiləri


"Ümumi ərzaq bahalaşması fonunda obyektlər qiymətləri birbaşa artırmaq əvəzinə, bəzən porsiyaların həcmini azaltmağa üstünlük verirlər. Çünki insanların alıcılıq qabiliyyəti artıq əvvəlki səviyyədə deyil. Müştərilər qiymət artımına daha həssas reaksiya verirlər və bu da sahibkarları fərqli həll yolları axtarmağa vadar edir".
Natiq Cəfərlinin sözlərinə görə, porsiyanın kiçildilməsi əslində məhsulun faktiki qiymətinin artırılması anlamına gəlir.
"Beləliklə, onlar qiyməti rəsmi olaraq dəyişmədən, faktiki olaraq məhsulun dəyərini artırmış olurlar və bu yolla fəaliyyətlərini davam etdirməyə çalışırlar. İstehlakçı əvvəlki qiyməti ödəsə də, aldığı məhsulun miqdarı azaldığı üçün nəticədə daha yüksək xərcə məruz qalmış olur".
Ekspert hesab edir ki, bu proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunan iqtisadi tendensiyalardan biridir. Beynəlxalq iqtisadiyyatda bu hal bəzən məhsulun ölçüsünün
kiçildilməsi hesabına qiymətin formal olaraq dəyişməməsi kimi xarakterizə olunur.
"Əslində ərzaq məhsullarının qiyməti artırsa, həmin məhsullardan hazırlanan yeməklərin də bahalaşması təbii prosesdir. Bu, iqtisadi baxımdan qaçılmaz nəticədir. Sahibkarlar artan xərcləri kompensasiya etmək üçün ya qiyməti artırmalı, ya da məhsulun həcmini azaltmalıdırlar".
Mütəxəssislərin fikrincə, istehlakçılar sifariş etdikləri məhsulların çəkisinə və tərkibinə diqqət yetirməli, menyuda göstərilən məlumatlarla faktiki təqdim olunan məhsul arasında uyğunsuzluq aşkar etdikdə aidiyyəti qurumlara müraciət etməlidirlər. Qanunvericiliyə görə, menyuda göstərilən çəki və məhsul tərkibi ilə təqdim olunan qida arasında fərq olmamalıdır.
Görünür, ərzaq bazarında qiymət artımlarının davam etməsi halında ictimai iaşə sektorunda da oxşar tendensiyanın bir müddət daha davam etməsi mümkündür.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri