Qiyməti artan bu məhsullar ucuzlaşacaq Siyahı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son bir neçə gündə ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti bazarlarda qiymətlərə də təsir edib.
Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, “8-ci kilometr bazarı”nda kənd təsərrüffatı məhsullarının satışı ilə məşğul olan satıcılar bildirib.
Onların sözlərinə görə, qarlı hava şəraiti məhsul tədarükünə və nəqliyyata təsir etdiyindən bəzi məhsulların qiyməti artıb. Bu əsasən gündəlik istifadə edilən kartofun, soğanın, pomidorun qiymətində qeydə alınıb. Bundan başqa pendir və kərə yağının qiymətində də artım var.
Hazırda bazarda kartofun hansı bölgədən gətirilməsindən aslı olmayaraq 1 kiloqramının qiymətində 20-30 qəpik, soğanın qiymətində isə 20 qəpik bahalaşma var. Pendir və kərə yağının qiyməti isə hər kiloqramında 30-50 qəpik bahalaşıb. Lakin satıcılar qeyd edib ki, havalar düzəlndən sonra qiymətlər ucuzlaşacaq.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, bəzi kənd təsərrüffatı məhsullarının bahalaşması mövsümə uyğun görə bahalaşır.
“Belə ki, bu məhsullar anbarlarda saxlanılır və ya istixanalarda yetişdirilib bazara çıxarılır. Əsas məsələrdən biri də 1 yanvardan etibarən dizel yanacağı 10 faiz bahalaşmasıdı. Bu əsas səbəbdir”, – deyə ekspert qeyd edib.
Baxış sayı:60
Bu xəbər 22 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















