Qiymətləndiricilər Palatası əməkdaşlıq memorandumları imzalayıb
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Qazaxıstanın Milli Qiymətləndirmə Palatası və Gürcüstanın Müstəqil Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.
SİA Palataya istinadən xəbər verir ki, sənədlər qiymətləndirmə sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsini, elmi-metodoloji bazanın təkmilləşdirilməsini, peşəkar kadr hazırlığının gücləndirilməsini və region ölkələri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.
AQP sədrinin müavini Ayan Qəmbərova bildirib ki, imzalanmış memorandumlar regionda qiymətləndirmə sahəsində vahid yanaşmanın təşviqinə, peşəkar icmalar arasında əməkdaşlıq platformalarının formalaşdırılmasına və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafına xidmət edəcək: "Bu əməkdaşlıq çərçivəsində tərəflər vahid məlumat bazasının hazırlanması, birgə elmi-metodoloji sənədlərin işlənməsi, təlim-tədris proqramlarının təşkili, sertifikasiya və peşəkar inkişaf mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi istiqamətində birgə təşəbbüslər həyata keçirəcəklər".
Onun sözlərinə görə, memorandumlar yalnız peşəkar əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır, həm də region ölkələrinin iqtisadi və investisiya mühitinə müsbət təsir göstərməklə, qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və institusional dayanıqlığın gücləndirilməsinə şərait yaradacaq: "Qarşılıqlı təcrübə mübadiləsi, ortaq müzakirələr və birgə layihələr qiymətləndirici mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına, yeni metodoloji yanaşmaların tətbiqinə və sektorun uzunmüddətli inkişafına mühüm töhfələr verəcək".
Palata rəsmisi bildirib ki, yaxın dövrdə memorandumların icrası məqsədilə birgə işçi qruplarının yaradılması, tematik görüşlərin, regional seminar və konfransların təşkili, eləcə də tərəfdaş qurumlar arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılır: "Azərbaycan Qiymətləndiricilər Palatası bundan sonra da beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, peşəkar qiymətləndirmə institutlarının inkişafına yönəlmiş yeni təşəbbüslərin reallaşdırılması və sektorun müasir tələblərə uyğun transformasiyası istiqamətində fəaliyyətini davam etdirir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 24 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















