Qız ərə gedəndən 1 həftə sonra gəlib qızılı barmağından çıxarırlar ki, aparıram satım
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı birlikdə alaq. Vəssəlam, çünki bu, biabırçılıqdır. Biz nə vaxt belə olduq? Mən anlamıram. Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu? Azərbaycanda heç vaxt belə olmayıb".
Redaktor.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib. O, toydan sonra qızılları gəlindən alaraq qaytaran və ya satan ailələrdən danışıb:
"Qızın qulağına zinət əşyasını taxırlar və ərə gedəndən 1 həftə sonra gəlib qızılı barmağından, qulağından çıxarırlar ki, aparıram qaytarım və ya satım. Heç kimin xətrinə dəyməsin. Amma bu adətən tezbazar toy edən ailələrdə olur. Gəlirlər və deyirlər ki, bir aydan sonra toy edək. Söhbət hamıdan getmir. Amma əksər hallarda görürük ki, altından nəsə çıxır. Amma bir az çox nişanlı qalanda insan ailəni də tanıyır və bilir ki, imkanları nəyə qadirdir. Və şərin yarısından da qayıtmaq bir xeyirdir" (axşam.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















