Qız qaçıran evli şəxs baqajda ölü tapıldı Azərbaycanda DƏHŞƏT
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.
Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.
![see](https://icma.az/template/assets/see.png)