Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bir müddət əvvəl 1988-ci il təvəllüdlü A.Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-yi (ad - soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada A.Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda A.Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.

Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
26 Noyabr 2024 11:34
Qız qaçıran şəxs maşının baqajında ölü tapıldı
26 Noyabr 2024 11:22
Qız qaçıran evli şəxs maşının baqajında ölü tapıldı
26 Noyabr 2024 11:09
Qız qaçıran şəxs maşının baqajında ölü tapıldı KONKRET
26 Noyabr 2024 11:43

