Qız qaçırmışdı avtomobilin baqajında ölü tapıldı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bir müddət əvvəl evli olan,1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

