Qız yataqxanasında biabırçılıq Vali işə qarışdı, qovuldular
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Türkiyənin Sakarya şəhərində tələbə qızların yataqxanada çəkdikləri görüntülər ölkə gündəminə çevrilib. Sosial şəbəkələrdə yayılmış görüntülərdə tələbələrin yataqxananın ibadət otağında etik olmayan hərəkətlər edildiyi iddia olunur. Məsələ ilə bağlı rəsmi açıqlama verən Sakarya Valiliyi hadisədə iştirak edən iki tələbənin saxlanıldığını bildirib.
Milli.Az xəbər verir ki, "Twitter" platformasında "betty" ləqəbli istifadəçinin paylaşdığı görüntülərdə iki gənc qızın tələbə yurdunun məscidində qeyri-etik məzmunda video izlədiyi əks olunub. Paylaşımda "Bir dənə kolamız çatışmır" ifadələri yazılıb.
Görüntülərin sosial mediada yayılmasından sonra cəmiyyətdə narazılıq yaranıb. Sakarya Valiliyi hadisəyə dərhal müdaxilə edərək həmin şəxslərin kimliyini müəyyənləşdirib və hüquq-mühafizə orqanları tərəfindən onların saxlanıldığını açıqlayıb.
Rəsmi açıqlamada bildirilir: "Twitter (X) platformasında 'betty' adlı istifadəçi tərəfindən məscid olduğu ehtimal edilən bir məkanda qeyri-etik görüntülərin paylaşılması müəyyən edilib. Araşdırmalar nəticəsində həmin paylaşımların Sakarya şəhərində yerləşən tələbə yataqxanasında qalan iki qız tələbə tərəfindən yayımlandığı məlum olub. Şəxslər saxlanılıb və onlar barəsində hüquqi prosedur başlanılıb."
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 06 İyul 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















