Qıza görə restorana molotov kokteyli atdılar FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyədə restorana molotov kokteyli atılıb.
Milli.Az xəbər verir ki, Konyadakı restoranlardan birinə molotov kokteyli atan şəxslər saxlanılıb.
Məlum olub ki, restoranda işləyən qız ona qarşı kobud davranılması barədə sevgilisinə şikayət edib. Oğlan da dostu ilə birlikdə bu addımı atıb.
Cem T. adlı şəxs, sevgilisi E.T.-nin mesajında iş yerində ona pis davranıldığını bildirməsindən sonra dostu Muammer K. ilə birlikdə yanacaq doldurma məntəqəsindən benzin alaraq molotov kokteyli hazırlayıb və restoranın qarşısına atıb. Hadisədən sonra əraziyə gələn polis və yanğınsöndürmə xidməti təhlükəsizlik kameralarından şübhəliləri müəyyən edərək onların gizləndiyi evdə saxlayıb.
Polisə ifadə verən Cem T. hadisəni sərxoşkən törətdiyini etiraf edib.
Şübhəlilər barəsində istintaq başladılıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)



















