Icma.az
close
up
RU
Qızı sevgilisinə qoşulub qaçdı, arvadına işgəncə verdi Sabunçuda ŞOK HADİSƏ

Qızı sevgilisinə qoşulub qaçdı, arvadına işgəncə verdi Sabunçuda ŞOK HADİSƏ

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 7-də baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əfsən həmin gün, gecə saat 00:30-da yaşadıqları evdə arvadı Səlimə (adlar şərtidir – red.) ilə ailə-məişət zəminində mübahisə edib. 
Əfsən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə arvadının sifət və baş nahiyəsinə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, təxminən 2005-ci ildə Səlimə ilə rəsmi ailə həyatı qurub və bu nikahdan iki övladı var: 
“Ailə həyatı qurduğum vaxtdan Səlimə ilə mütəmadi aramızda mübahisə baş verib. Oğlum Kamal hərbi xidmətdə qulluq edir və qızım Günay isə Səlimə ilə birlikdə yaşayır, lakin ailə həyatı qurmağa hazırlaşıb. Bununla əlaqədar Səlimənin yaşadığı ünvana gəldim və Günay ilə ailə həyatı qurmaq istəyən şəxs haqqında məlumat aldıqdan sonra həmin ünvana getdim, tanışlıq oldu”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 7-də, saat 00:30-da Səlimənin yaşadığı ünvana gedib: 
“Səlimə mənim spirtli içki təsiri altında olduğumu bəhanə gətirərək mübahisə etməyə başladı. Mübahisə zamanı ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşərək Səlimənin sifət və baş nahiyəsinə əlim ilə zərbələr vurdum. Sonra saçından tutaraq yoldum. Səlimə mübahisə zamanı küçəyə qaçdıqdan sonra həmin ünvandan getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səlimənin sözlərinə görə, ailə həyatı qurduğu vaxtdan Əfsən mütəmadi olaraq spirtli içki qəbul edib və aralarında mübahisə baş verib: 
“Oğlum Kamal hərbi xidmətdə qulluq edir və qızım Günay isə mənimlə birlikdə yaşayıb. Lakin ailə həyatı qurmağa hazırlaşıb. Bununla əlaqədar Əfsən xəbər bildiyi zaman yaşadığım evə gəldi və Günay ilə ailə həyatı qurmaq istəyən şəxs haqqında məlumat aldıqdan sonra tanış olmaq məqsədi ilə getdi”. 
Səlimə qeyd edib ki, daha sonra qızı istədiyi oğluna qoşularaq qaçıb: 
“Mən Günayın təhsilini yarımçıq qoymasına, bu şəkildə ailə qurmasına razı olmadım. Qızımın arxasınca getdim, onu evə gətirməyə çalışdım. İyunun 7-də, saat 00:30-da Əfsən yaşadığım evə gəldi. Mən elə bildim ki, qızım Günayı gətirib. Spirtli içki təsiri altında olduğunu hiss etdim. Əfsən heç bir səbəb bildirmədən mübahisə etməyə başladı. Mübahisə zamanı Əfsən sifət və baş nahiyəmə əli ilə zərbələr vurmağa və sonra saçımı yolmağa başladı. Mən evdən küçəyə qaçdım və Əfsən evdən getdikdən sonra yaşadığım evə qayıtdım”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin şikayətçi olmaması nəzərə alınıb. 
Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri