Icma.az
close
up
RU
Qızıl ABŞ ilə Çin arasında ticari gərginlik fonunda rekord həddə bahalaşır

Qızıl ABŞ ilə Çin arasında ticari gərginlik fonunda rekord həddə bahalaşır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bazar ertəsi, oktyabrın 13-də qızılın qiymətləri ABŞ il0ə Çin arasında yenidən artan ticarət gərginliyi və Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda təhlükəsiz sığınacaq aktivlərinə tələbatın artması ilə rekord həddə çatıb. Gümüşün qiymətləri də bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, GMT vaxtı ilə saat 19:00-a olan məlumata görə, qızılın spot qiyməti 1,5% artaraq 1 unsiya üçün 4 067,79 dollara çatıb.

“Reuters” agentliyi xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Çin mallarına 100% rüsum tətbiq edəcəyi ilə hədələyib. O, həmçinin Çinin nadir torpaq elementləri və avadanlıqlarına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq noyabrın 1-dən etibarən kritik proqram təminatına yeni ixrac nəzarəti elan edib. Bazar günü Pekin öz tədbirlərinə haqq qazandırıb, lakin Amerika mallarına əlavə tariflər tətbiq etməkdən çəkinib.

“Capital.com” analitiki Kayl Rodda qeyd edib: “Bu, maraqlıdır, çünki Yaxın Şərqdə baş verən hadisələr son vaxtlar qızıl bazarının arxa küləklərini yumşaldır, lakin biz indi ABŞ ilə Çin arasında artan ticarət gərginliyi səbəbindən risklərin yenidən artdığını görürük”.

Spot gümüş qiymətləri qızıl bazarı ilə eyni faktorlar, eləcə də spot bazardakı gərginliklər nəticəsində 2,6% artaraq bir unsiya üçün 51,60 dollara çatıb.

Bazar günü “Goldman Sachs” gümüşün qiymətlərinin özəl sərmayə axını səbəbindən ortamüddətli dövrdə artacağının gözlənildiyini, lakin qızılla müqayisədə qısamüddətli qiymət dalğalanmasının və aşağıyönlü risklərin artacağı barədə xəbərdarlıq edib.

Bazarlar oktyabr ayında 25 əsas bəndlik faiz endiriminin, dekabr ayında da oxşar endirimin ardınca proqnozlara əminliklə qiymət qoyurlar. Digər qiymətli metallar da bahalaşıb - platin 3,3% artaraq 1639,10 dollara, palladium isə 3,1% artaraq 1449,36 dollara çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri