Icma.az
close
up
RU
Qızıl artıq zibil ola bilər: 10.000 katrilyon dollar dəyərində asteroid

Qızıl artıq zibil ola bilər: 10.000 katrilyon dollar dəyərində asteroid

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

NASA tərəfindən yaxından izlənilən və Mars ilə Yupiter arasındakı Asteroid Qurşağında yerləşən 16 Psyche asteroidi, tərkibindəki metal zənginliyi ilə elm dünyasını heyrətə gətirib.

Milli.Az xəbər verir ki, bu asteroid digərlərindən fərqli olaraq buz və ya qayadan deyil, demək olar ki, tamamilə metaldan ibarətdir. Alimlərin hesablamalarına görə, asteroidin tərkibindəki qızıl, dəmir və nikelin ümumi dəyəri 10.000 katrilyon dollardır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ bütün dünya iqtisadiyyatının cəmindən dəfələrlə çoxdur.

Məqalədə qeyd olunur ki, əgər bu asteroiddəki bütün qiymətli metalları Yer kürəsinə gətirmək mümkün olsa, qızılın və digər qiymətli metalların nadir olma xüsusiyyəti itəcək. Bu isə qızılın qiymətinin kəskin ucuzlaşaraq "zibil" səviyyəsinə düşməsi və dünya maliyyə sisteminin çökməsi deməkdir.

NASA artıq bu "metal dünya"nı araşdırmaq üçün Psyche missiyasını işə salıb. Kosmik gəminin asteroidə çatması və onun nüvəsini araşdırması planlaşdırılır. Bu tədqiqat təkcə iqtisadi deyil, həm də elmi əhəmiyyət kəsb edir, çünki Psyche-nin parçalanmış bir planetin nüvəsi olduğu düşünülür.

Asteroiddəki sərvətin dəyəri astronomik olsa da, hazırkı texnologiya ilə həmin metalları Yerə gətirmək və emal etmək hələlik qeyri-mümkündür. Lakin bu kəşf gələcəkdə "kosmos mədənçiliyi"nin (space mining) nə dərəcədə əhəmiyyətli olacağını göstərir.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Fevral 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri